Bir Qalanin Sirri Film 1959 - Wikipedia
Bir qalanın sirri tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1959-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Əsas rolları Gündüz Abbasov, Tamara Kokova, Məmmədrza Şeyxzamanov, Əli Qurbanov, Andrey Fayt və Əli Zeynalov ifa edirlər.
Bir qalanın sirri | |
---|---|
| |
Janr |
macəra fantaziya uşaq |
Rejissor | Əlisəttar Atakişiyev |
Əsərin müəllifi | Məmmədhüseyn Təhmasib |
Ssenari müəllifi | Məmmədhüseyn Təhmasib |
Baş rollarda |
Gündüz Abbasov Tamara Kokova Məmmədrza Şeyxzamanov Əli Qurbanov Andrey Fayt Əli Zeynalov |
Operatorlar |
Arif Nərimanbəyov Mirzə Mustafayev |
Bəstəkar | Rauf Hacıyev |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 18 sentyabr 1960 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 76 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1959 |
Texniki məlumatlar |
8 hissə 2260 metr |
Rəng | rəngli |
IMDb | ID2081190 |
Məzmun
redaktəFilm-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu (Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət (Tamara Kokova), igid və cəsur gənc usta Elşən (Gündüz Abbasov), Kamran baba (Əli Qurbanov) bu mübarizənin önündə gedirlər.[1]
Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir.[2]
Film haqqında
redaktəFilm Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında ekranlaşdırılmışdır. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir.[1]
Demək olar ki, 1958-ci ildə Əlisəttar Atakişiyev kinematoqrafımızda yaddan çıxmış bir janr, nağıl janrını yenə dirçəltdi və ilk dəfə çəkiliş meydançasına quruluşçu rejissor kimi gəldi. "Bir qalanın sirri" filmi belə yarandı.
Film rejissor Əlisəttar Atakişiyevin quruluşçu rejissor kimi kinoda ilk işidir.
Rollarda
redaktə- Gündüz Abbasov — Elşən
- Tamara Kokova — Mətanət
- Məmmədrza Şeyxzamanov — Eldostu
- Əli Qurbanov — Kamran baba
- Andrey Fayt — Göygöz Kosa
- Əli Zeynalov — Simnar xan
- Ağadadaş Qurbanov — usta
- Ağahüseyn Cavadov — falçı
- Məlik Dadaşov — dərviş
- Telman Əliyev — Hadı
- Fərhad İsmayılov — Bıdı
- Arif Mədətov (aktyor) — Qara qul
- Tələt Rəhmanov — Yaraqlı
- Nazim Ağayev
Filmi səsləndirənlər:
Müxlis Cənizadə — Elşən (Gündüz Abbasov) (titrlərdə yoxdur)
Sofya Bəsirzadə — Mətanət (Tamara Kokova) (titrlərdə yoxdur)
İsmayıl Əfəndiyev — Eldostu (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur)
Əlizaman Qasımov — Göygöz Kosa (Andrey Fayt) (titrlərdə yoxdur)
Hüseynağa Sadıqov (aktyor) — Yallı (titrlərdə yoxdur)
İstinadlar
redaktə- ↑ 1 2 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 46
- ↑ "Mətanət bacı"nın 77 yaşı tamam olub: Tamara Kokova çoxdandır filmlərə çəkilmir: ["Bir qalanın sirri" filmində Mətanət obrazını yaratmış Tamara Kokova haqqında] //Kaspi.- 2011.- 7 aprel.- S. 15.
Mənbə
redaktə- Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
- Əlisəttar Atakişiyev. "Uşaq filmlərinin çəkilməsi" //Ədəbiyyat və incəsənət.- 1975.- 5 aprel.- səh. 14.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 31; 287.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 125–130.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.