Biofizika - Wikipedia
Biofizika (q.yun. βiοs — həyat, q.yun. φύσις — təbiət) və ya bioloji fizika — fizika elminin metod və yanaşmalarını istifadə edərək canlıları öyrənən elm. Canlı təbiəti bütün aspektlərdə, molekul və hüceyrədən başlayaraq biosferədək bütün təbəqələrdə öyrənir. Bioloji sistemlərin müxtəlif səviyyələrində gedən fiziki proseslər haqqında və bioloji obyektlərə təsir edən müxtəlif fiziki faktorlar haqqında elmdir. Biofizika canlılarda olan fiziki mexanizmlərlə bioloji xüsusiyyətlər arasında olan əlaqəni də öyrənir.
Biofizika | |||||
Elm sahəsi → öyrənir | |||||
---|---|---|---|---|---|
| |||||
Yarımbölmə → öyrənir |
Biofizika təbiət elmləri arası bir elmdir və onun tədqiqi üçün fizika, biologiya, kimya və tibb sahəsində biliklər tələb edilir.
Biofizikanın sahələri
redaktəUNESCO-nun nomenklaturasına görə biofizika biologiyanın 2406 kodu altında bir sahəsidir.[1]. UNESCO-nun nomenklaturasına görə biofizikanın aşağıdakı sahələri vardır :[1]:
- 2406.01 Bioakustika
- 2406.02 Bioelelektriklik
- 2406.03 Bioenergetika
- 2406.04 Biomexanika
- 2406.05 Biooptika
- 2406.06 Tibbi fizika
- 2406.99 Digər sahələr
Bu təsnifat yeni tədqiqatların çətinliksiz yeni formatda verilməsi üçün tərtib edilmişdir.
Biofizika ümumi kursunun tədris təsnifatı
redaktəBiofizika ümumi kursunun səmərəli tədrisi üçün aşağıdakı təsnifat da təklif edilmişdir :[2]:
- Nəzəri biofizika:
- mürəkkəb sistemlərin biofizikası:
- bioloji proseslərin kinetikası;
- bioloji proseslərin termodinamikası: canlı strukturlarda enerjinin çevrilməsi;
- molekulyar biofizika: biopolimerlərin və molekulyar sistemlər üstünün təşkilinin və fəaliyyət göstərməsinin fiziki və struktur təşkili;
- hüceyrə proseslərinin biofizikası:
- membran proseslərinin biofizikası: bioloji membranların və onların hissələrin xüsusiyyətləri;
- fətəbioloji proseslərin biofizikası: xarici işıq mənbələrinin canlı orqanizmlərə təsiri;
- radiasiya biofizikası: ionlaşmış şüalanmanın təsiri;
- riyazi biofizika.
- mürəkkəb sistemlərin biofizikası:
- Tətbiqi biofizika:
- bioinformatika: biofizikanın bir sahəsi olmasa da, onunla sıx bağlıdır;
- biometriya;
- biomexanika: bioloji sistemlərin dayaq-hərəkət aparatının funksiya və strukturu və fiziki hərəkəti;
- təkamül proseslərinin biofizikası və fərdi inkişafı;
- tibbi biofizika;
- ekoloji biofizika.
Müasir tədqiqt istiqamətləri
redaktəMürəkkəb sistemlərin biofizikası və molekulyar biofizika bu elmin əsas inkişaf istiqamətləri sayılır.
Həmçinin aşağıdakı məsələlər də biofizikanın perspektiv istiqamətlərindən sayılır: fiziki və biokimya reaksiyalarının gedişinə kosmogeofiziki faktorların təsiri; fotobioloji faktorlar; riyazi modelləşdirmə; nanobiologiya və s.
Tətbiq sahələri
redaktəBioloji obyektlər mürəkkəb olduğundan ona təsir faktorları həddən çoxdur. Fizika bu obyektlərin sadələşdirilmiş modellərini yaratmağa kömək edir. Fiziki və bioloji məlumatları birləşdirməklə bioloji obyektlərdə gedən prosesləri dərindən başa düşmək olar.
Fizikada bir sıra metodları olduğu formada biologiyada tətbiq edilə bilməz. Biofizikanın vəzifələrindən biri bu metodları biologiyanın istifadəsinə uyğunlaşdırmaqdır.
Mənbələr
redaktə- Perutz MF. "The haemoglobin molecule". Proceedings of the Royal Society of London. Series B. 173 (31). 1969: 113–40. doi:10.1098/rspb.1969.0043. PMID 4389425
- Dogonadze RR, Urushadze ZD. "Semi-Classical Method of Calculation of Rates of Chemical Reactions Proceeding in Polar Liquids". J Electroanal Chem. 32. 1971: 235–245. doi:10.1016/S0022-0728(71)80189-4.
- Volkenshtein M. V., Dogonadze R. R., Madumarov A. K., Urushadze Z. D. and Kharkats Yu. I. Theory of Enzyme Catalysis.- Molekuliarnaya Biologia (Moscow), 6, 1972, pp. 431–439 (In Russian, English summary)
- Rodney M. J. Cotterill. Biophysics : An Introduction. Wiley. 2002. ISBN 978-0471485384.
- Sneppen K, Zocchi G. Physics in Molecular Biology (1). Cambridge University Press. 2005-10-17. ISBN 0-521-84419-3.
- Glaser, Roland. Biophysics: An Introduction (Corrected). Springer. 2004-11-23. ISBN 3-540-67088-2.
- Hobbie RK, Roth BJ. Intermediate Physics for Medicine and Biology (4th). Springer. 2006. ISBN 978-0387309422. 2009-01-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-04.
- Cooper WG. "Evidence for transcriptase quantum processing implies entanglement and decoherence of superposition proton states". BioSystems. 97 (2). 2009: 73–89. doi:10.1016/j.biosystems.2009.04.010. PMID 19427355.
- Cooper WG. "Necessity of quantum coherence to account for the spectrum of time-dependent mutations exhibited by bacteriophage T4". Biochem. Genet. 47. 2009: 892.
- Нечипоренко Ю. Достижения современной биофизики — немного истории и достижения современной биофизики.
- Рубин А. Б. Биофизика (учебник) в 2-х т.т. — М., 1999, 2002.
- Кафедра биофизики биологического факультета МГУ им. М. В. Ломоносова
- Биофизика Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine и биомедицина
- Кудряшов Ю. Б., Перов Ю. Ф. Рубин А. Б. Радиационная биофизика: радиочастотные и микроволновые электромагнитные излучения. Учебник для ВУЗов. — М.: ФИЗМАТЛИТ, 2008. — 184 с. — ISBN 978-5-9221-0848-5
İstinadlar
redaktə- ↑ 1 2 Proposed international standard nomenclature for fields of science and technolocy Arxivləşdirilib 2016-02-15 at the Wayback Machine.
- ↑ По материалам: Рубин А. Б. Биофизика Arxivləşdirilib 2008-02-10 at the Wayback Machine (учебник) в 2-х т.т. — М., 2002. C. 6.