Bilgeh Qalasi - Wikipedia
Bilgəh qalası | |
---|---|
40°34′13″ şm. e. 50°02′02″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Bilgəh |
Aidiyyatı | Şirvanşahlar dövləti |
Tikilmə tarixi | XIV əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Material | kirəc daşı |
Vəziyyəti | xarabalıqları qalıb |
İstinad nöm. | 131 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Bilgəh qalası
redaktəBilgəh qalası — Abşeron qalalarından biri də Bakının Bilgəh qəsəbəsində yerləşir.
Tarixi
redaktəQala XIII–XIV əsrlərdə Şirvanşahlar dövründə ağ daşdan tikilib. Yalnız bir hissəsi dövrümüzə gəlib çatmış bu müdafiə və müşahidə qalasından uzun müddət mayak kimi istifadə olunub. Vaxtilə gəmilərin gecə saatlarında sahili tapması, yolu azmaması üçün qalaçanın üzərində məşəl yandırılırmış. Elə bu səbəbdən abidə "Tonqal qalası" da adlandırılır. "Məlum məsələdir ki, o dövrdə tikinti materialları çox deyildi. Bu səbəbdən qalanın palçıq və yumurta sarısından tikildiyini deyirdilər. Hazırda hündürlüyü 21 metr, diametri isə, 17 metrdir. Qalanın sol tərəfi dəniz istiqamətinə düşdüyü üçün şoranlıqdan, nəmdən ağarıb, sağ tərəfi isə, demək olar ki, uçub. Qalanın üzərinə çıxmağa çalışsaq da, külək buna mane törətdi. Üç mərtəbəsi, geniş zirzəmisi, yanında şirin su quyusu və gizli tuneli olduğu deyilən qalanın giriş qapısı olub. Lakin həmin qapı artıq uçub-dağılıb. Su quyusunun aqibəti barədə isə heç bir məlumat yoxdur. Qala əvvəllər gəmilərə yol göstərən mayak rolunu oynayıb: "Qalanın yalnız gördüyümüz bu uçuq-sökük bir hissəsi dövrümüzə gəlib çatıb. Bu qala müdafiə və müşahidə qalası olub. Böyüklərimiz deyirdi ki, o vaxt işıq olmayıb. Qalanın başında tonqal qalayıb mayak kimi uzun illər gəmilərə yol göstəriblər. Gecə saatlarında gəmilərin sahili tapması çətin olduğundan bu üsulla onlara kömək ediblər. Adına tez-tez "Tonqal qalası" deməklərinin səbəbi budur. Qala o qədər hündür olub ki, yandırılan tonqalın (məşəl) tüstüsü hətta Ramana qalasından da görünüb".