Beyzbol - Wikipedia
Beysbol — Amerikan mənşəli, Amerika və Uzaq Şərq ölkələrində (xüsusilə Koreya və Yaponiyada) çox məşhur olan idman növü.
Prinsiplər
redaktəBeysbol doqquz dövrədə oynanılır. İki komanda hər dövrədə bir müdafiə və bir hücum haqqından istifadə edir. Hücumdakı komanda oyunçularının hər birinə bir vuruş haqqı veriliir. Oyun, qonaq komanda hücum vəziyyətində, ev sahibi komanda müdafiə vəziyyətindəykən başlayır.
Müdafiə
redaktəMüdafiədəki komanda oyunçuları fərqli nöqtələrdə dəyişik vəzifələr yerinə yetirirlər. Atıcı, atıcı təpəsinə, tutucu (və ya mühafizəkar) ədəd qalasının arxasına, üç qala gözətçisi qala nöqtələrinə yerləşirlər. Ədəd etməyə çalışan hücum oyunçuları isə üç qaçışçı olaraq adlandırılar. Ədəd dövrünü tamamlaya bilməyən aradakı qalalardan birində qalan qaçışçının, ya özündən sonrakı vurucunun məqsədəuyğun vuruşuyla ortaya çıxan qaçma müddətində, ya da hər hansı bir anda, qala gözətçilərini sovuşduraraq bir sonrakı qalaya qaçması və ədəd dövrünü tamamlaması lazımdır. Amma bir qalada eyni anda ancaq bir qaçışçı ola bilər. Qaçışçı iki qala arasında qaçarkən, top qala gözətçisinə çatdırılsa ya da topu daşıyan bir müdafiə oyunçusu qaçışçını tutsa, qaçışçı oyundan xaric qalar. Tutucular qalanın ətrafında olmalıdırlar. Bir qısa top tutucu iç sahənin dərhal xaricində və üç xarici sahə oyunçusu xarici sahədə iştirak edir.
Hücum
redaktəHücumdakı komanda hər oyunçusu sırayla ədəd qalasına gəlir və atıcı təpəsindən atıcının ədəd qalasının arxasında dayanan tutucuya atdığı topa bitayla vurmağa çalışırlar. Atıcının atışının, vuruş sahəsi içindən keçən, etibarlı bir atış olub olmadığına ədəd qalasının arxasındakı hakim qərar verər. Atıcı dörd etibarsız atış etsə, vurucuya birinci qalaya getmə haqqı vermiş olar. Əgər bir vurucu, üç dəfə etibarlı atışa vura bilməzsə, vurduğu topu qarşı komandanın tutucusu havada tutsa ya da vurduğu topu cəza sahəsinə salsa oyundan xaric edilir. Üç oyunçusu oyundan xaric olan komanda hücum haqqını itirir və müdafiə mövqesinə keçir. İki komanda da vuruş haqqını tamamlayınca dövrə tamamlanır.
Vurucu, topa məqsədəuyğun bir vuruş etdiyində birinci qalaya qaçır. Müdafiə mövqesindəki qarşı komanda oyunçularının topu alıb qala gözətçilərinə çatdırmasına qədər keçən müddətdə o biri qalaları da gəzərək ədəd qalasına dönə bilər. Vurucu bu vəziyyətdə ədəd dövrünü tamamlamış olar. Məqsədəuyğun bir vuruşdan sonra bir qalaya çata bilən vurucu o qalada dayana bilər və bir sonrakı vurucunun qaçışı əsnasında o da irəlidəki qalaya qaça bilər.
Ədəd dövrü
redaktəƏgər vurucu yaxşı bir vuruşla topu çəpərin xaricinə göndərsə, buna ədəd dövrü vurmaq deyilir. Ədəd dövrü vuran oyunçu, tutulması söz mövzusu olmadan, qalalardan keçərək ədəd dövrünü tamamlayır. Ədəd dövrü vurulduğu zaman əgər qalalarda qaçışçılar varsa, onlar da ədəd dövrünü tamamlayırlar. Bir vurucunun komandaya təmin edə biləcəyi ən böyük fayda ədəd dövrüdür. Çünki normal bir qaçışda bir vurucu ancaq bir ədəd qazandıra bilərkən, ədəd dövründə sahədə nə qədər qaçışçı varsa bir o qədər daha çox ədəd qazanmaq olar.