Ben Hur Film 1959 - Wikipedia
"Ben-Hur" (ing. Ben-Hur) — rejissor Vilyam Uaylerin filmi.
Ben-Hur | |
---|---|
ing. Ben-Hur | |
Janr |
tarixi dram |
Rejissor | Vilyam Uayler |
Prodüser | Sem Zimbalist |
Ssenari müəllifi | Karl Tanberq |
Baş rollarda |
Çarlton Heston Cek Houkins |
Operator | Robert Sertis |
Bəstəkar | Mikloş Roja |
İstehsalçı | Metro-Goldwyn-Mayer |
Distribütor | Netflix |
İlk baxış tarixi | 18 noyabr 1959 |
Filmin növü | bədii film |
Müddət | 212 dəqiqə[1] |
Büdcə | 15,2 milyon $[2] |
Gəlir | 90 milyon $ |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 1959 |
Texniki məlumatlar |
rəngli genişekranlı 6100 metr |
Rəng | rəngli |
Çəkiliş yeri | Roma |
IMDb | ID0052618 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəBizim eranın 26-cı ilində Roma imperiyası artıq adəti üzrə öz ərazilərini genişləndirmək və yeni-yeni əraziləri istila etmək niyyətində idi. Yəhudilər Allahın oğlunun doğulmasının şahidi olurlar. Yəhudilərin görkəmli və varlı nümayəndəsi Ben-Hur öz uşaqlıq dostu və artıq Roma tribunu olan Messala ilə görüşür. Nə vaxtsa qohum qədər yaxın olan Ben-Hur və Messala bu görüşdən sonra düşmənə çevrilirlər. Səbəb Messalanın Ben-Huru yəhudiləri satmağa çəkməsi, Ben-Hurunsa heç vaxt öz xalqını satmayacağını söyləməsi idi. Nəticədə Ben-Huru çoxavarlı gəmiyə təhkim edir, onun ana və bacısını isə həbsxanaya salırlar.
Uzun sürən illər Ben-Huru çox sınaqlardan keçirir. Ben-Hur nə vaxtsa intiqam ala biləcəyini fikirləşərək bütün əzablara dözür. O, həsrətini çəkdiyi vətəninə qayıdır. Bu zaman ona yeni həyatı yaşamaq üçün yol göstərilir...
Film haqqında
redaktə- Bu film Lyu Vollesin romanının sayca üçüncü çəkilişidir. Bu əsər buna qədər 1907-ci və 1925-ci illərdə çəkilmişdi.
- Film "Metro-Goldwyn-Mayer" kino şirkətini müflisləşməkdən qurtarmalı idi. Və qurtardı da — çəkilişlərə 15 milyon dollar xərclənsə də, 90 milyon dollar gəlir gətirdi.
- Prodüser Sem Zimbalist rejissor Vilyam Uaylerə bu filmə görə 1 milyon dollar məbləğində pul vermişdi. O zaman üçün bu məbləğ kinoda əlçatmaz idi.
- Filmin kütləvi səhnələrinin çəkilişində 50.000-dən artıq insan iştirak etmişdir. Təkcə 15.000 insan döyüş arabalarının yarış səhnəsində çəkilmişdir.
- Filmin çəkilişlərinə 8 ölkədən aktyorlar dəvət olunmuşdu. Lakin üstünlük Avropa kübarlarına verildi.
- Lyu Vollesin "Ben-Hur: İsanın hekayəti" əsəri bir neçə dəfə ekranlaşdırılmışdır. Belə ki, Vilyam Uaylerin filmi sayca üçüncü versiya hesab olunur. Filmin ilk versiyası olan "Ben-Hur" 1907-ci ildə rejissor Sidni Olkott tərəfindən çəkilmişdir. İkinci versiyanı — "Ben-Hur: İsanın hekayəti"ni isə 1925-ci ildə rejissor Fred Niblo çəkmişdir. Eyniadlı ("Ben-Hur") dördüncü versiya isə rejissor Stiv Şill tərəfindən çəkilmiş Kanada serialıdır. Bundan başqa "Ben-Hur"un 2003-cü ildə ekranlara çıxmış animasiya filmi də var.
Mükafatlar
redaktə- Ən yaxşı film
- Ən yaxşı rejissor işinə görə – Vilyam Uayler
- Ən yaxşı kişi roluna görə – Çarlton Heston
- Ən yaxşı ikinci plan kişi roluna görə – Hyu Qriffit
- Ən yaxşı operator işinə görə
- Ən yaxşı rəssam işinə görə – Vilyam Horninq
- Ən yaxşı geyim rəssamı
- Ən yaxşı səsə görə
- Ən yaxşı xüsusi effektlərə görə
- Ən yaxşı montaja görə – Con Danninq, Ralf Uinters
- Dram və ya komediya filmlərində ən yaxşı saundtrekə görə
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin müəllifi : Lyu Volles
- Ssenari müəllifi : Karl Tanberq
- Rejissor : Vilyam Uayler
- Operator : Robert Sertis
- Rəssamlar : Vilyam Horninq, Edvard Karfano
- Bəstəkar : Mikloş Roja
- Prodüser : Sem Zimbalist
Rollarda
redaktə- Çarlton Heston – Ben-Hur
- Cek Houkins – Kvint Arri
- Haya Hararet – Esfir
- Stiven Boyd – Messala
- Hyu Qriffit – Şeyx İldırım
- Marta Skott – Miriam
- Keti O'Donnell – Tirza Bat-Hur
- Sem Caffe – Simonid
- Finley Kurri
- Frenk Trinq – Ponti Pilat
- Terens Lonqdon – Druz
- Corc Relf
- Endri Morell
İstinadlar
redaktə- ↑ "Ben Hur". British Board of Film Classification. July 21, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 18, 2015.
- ↑ Sheldon Hall, Epics, Spectacles, and Blockbusters: A Hollywood History Wayne State University Press, 2010 p. 162
Xarici keçidlər
redaktə- Ben-Hur Official Website Arxivləşdirilib 2012-09-01 at the Wayback Machine
- Webpage BenHur Writing
- Ben-Hur — Internet Movie Database saytında