Haya Hararet - Wikipedia
Haya Hararet (ing. Haya Harareet, ivr. חיה הררית; 20 sentyabr 1931[1], Hayfa – 3 fevral 2021[2], Marlou[d], Cənub-Şərqi İngiltərə[d]) — İsrail aktrisası.
Haya Hararet | |
---|---|
ing. Haya Harareet | |
Doğum adı | חיה נויברג |
Doğum tarixi | |
Doğum yeri | Hayfa, Fələstin |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1955-1964 |
IMDb | ID0361823 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHaya Hararet 20 sentyabr 1931-ci ildə Hayfada anadan olmuşdur[3].
Haya Hararetin aktrisalıq fəaliyyəti 1955-ci ildə İsraildə başlamışdır. Lakin Hararet bir neçə il sonra tanınmağa başladı. Bu, Çarlton Hestonla birlikdə çəkildiyi "Ben-Hur" filmində Esfir rolunu ifa edəndən sonra olmuşdu. 1961-ci ildə o, "Səhranın altına səyahət" filmində baş rola çəkilir. Onun bir aktrisa kimi fəaliyyəti o qədər də uzun çəkmir və daha bir neçə filmdə çəkiləndən sonra – 1964-cü ildə Hararet artıq heç bir filmə razılıq vermir. Haya həm də 1967-ci ildə çəkilmiş "Bizim ata yurdumuz" filminin ssenari müəlliflərindən biri idi. Bu filmdə baş rolu aktyor Dirk Boqart ifa etmişdi.
Haya 1995-ci ildə vəfat etmiş Britaniya prodüseri Cek Kleytonla ailəli olmuşdur.
Filmoqrafiya
redaktə- Ben-Hur (film, 1959) / Ben-Hur
İstinadlar
redaktə- ↑ Deutsche Nationalbibliothek Record #129722774 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 'Ben-Hur' Star, Israeli Actress Haya Harareet, Dies (ing.). 2021.
- ↑ Haya Harareet:Biography[ölü keçid]
Xarici keçidlər
redaktə- Haya Hararet — IMDb səhifəsi