Behnam Evi - Wikipedia
Behnam evi — Əsasən Qacar dövrünün ilk illərində tikilmiş Təbrizdə yerləşən tarixi ev[2].
Behnam evi | |
---|---|
38°04′16″ şm. e. 46°17′40″ ş. u.HGYO | |
Ölkə | |
Şəhər | Təbriz |
Yerləşir | Təbriz |
Aidiyyatı | Qacarlar dövləti |
Tikilmə tarixi | XIX əsr |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəBinanın çox kiçik hissəsi Zəndlər dövrünün sonunda inşa edilib. Əsas böyük hissəsi isə Qacarların ilk dövründə tikilib. Nəsrəddin Şah Qacarın hakimiyyəti illərində (1848-1896) isə bu bina əsaslı şəkildə təmir edilmiş və ornamentli naxışlar və rəsmlərlə bəzədilmişdir. Ev qışlıq adlanan əsas böyük binadan və yaylıq adlanan kiçik binadan ibarətdir. Qışlıq binası iki mərtəbəli simmetrik tikilidir. Ev daxili və xarici həyətlərdən ibarətdir. Behnam evi Təbrizin mərkəzində Təbriz bələdiyyə binasının arxasında Maqsudiyyə küçəsində yerləşir. 23 aprel 1997-ci ildən İran milli abidələri siyahısına daxil edilib. 2009-cu ildə binanı yenidən təmiri zamanı burada indiyə qədər görünməyən miniatür freskalar aşkarlanıb yenidən mütəxəsislər tərəfindən restavrasiya edilmişdir. Hazırda ev Təbriz İslam İncəsənəti Universitetinin balansındadır[3][4].
Şəkillər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Wiki Loves Monuments monuments database. 2017.
- ↑ "Qədəki Evi". 2018tabriz.org. 2018. 11 aprel 2019 tarixində arxivləşdirilib.
- ↑ "Casa Behnām (Ghadaki)" (türk. ). irancultura.it. 28 yanvar 2018. 11 aprel 2019 tarixində arxivləşdirilib.
- ↑ "Behnam Evi Təbriz". guneyazerbaycan4.blogspot.com. 19 oktyabr 2012. 11 aprel 2019 tarixində arxivləşdirilib.