Bayramli Semkir - Wikipedia
Bayramlı (əvvəlki adları: Qıraq Bayramlı (?-1930); Kolxozkənd (1930 - 29 dekabr 1992)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Kolxozkənd kəndi Bayramlı kəndi adlandırılmışdır.[1]
Bayramlı | |
---|---|
40°55′59″ şm. e. 45°55′31″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5721 |
Tarixi
redaktəKəndin keçmiş adı Qıraq Bayramlıdır. Kəndi XIX əsrdə Tovuz rayonundan köçürülmüş ailələr Kür çayının qırağında saldığına görə belə adlandırmışlar. Kənd 1929-1930-cu illərdə Kürün qırağından indiki əraziyə köçmüşdür. Kollektivləşmə ilə əlaqədar 1930-cu ildə Kolxozkənd adlandırılan yaşayış məntəqəsinin əvvəlki adı 1992-ci ildən bərpa edilmişdir. Etnotoponimdir. 1917-1933-cü illərdə bu oykonimlər Bayramlılar, Bayraməlilər, Bayramlar variantlarında da qeydə alınmışdır. Türkmənistanın Marı vilayətində Bayraməli adlı şəhər var.[2]
Kənddə həmçinin XI-XII əsrlərə aid Baydar şəhər xarabalıqları yerləşir. Bu tarixi abidələr Bayramli kəndinin qədim tarixə malik olduğunu sübut edir.
Coğrafiyası və iqlimi
redaktəRayon mərkəzi ilə məsafəsi 15 kilometrdir. Kənd subtropik iqlim qurşağında yerləşir. Ərazidə daha çox mülayim hava kütlələri üstünlük təşkil edir.Qışı çox sərt deyil,yayı isə istidir.Qışda orta tempratur 2 °C, yayda isə 23 °C-yə yaxındır.
Bayramli kəndi çox əlverişli mövqedə yerləşmişdir. Zəyəm çayının ve Kür çayının sahilində,Şəmkir rayonunun dağətəyi bölgəsində yerləşmişdir.Suvarma işlərində Zəyəmçaydan geniş istifadə edilir. Kənd və ətrafındakı tünd və adi boz-qəhvəyi və açıq şabalıdı torpaq əkinçilik üçün yararlı və əlverişlidir.
Mədəniyyəti
redaktəBayramli kəndində mədəniyyət evi, kitabxana, və tibb məntəqəsi, Tofiq Cəfərov adına Bayramlı kənd orta məktəbi fəaliyyət gostərir.
Əhalisi
redaktəƏhalisi 3162 nəfərdir. Kənddə yaşayan əhali azərbaycanlılardan ibarətdir.(2023-cü il)
Görkəmli şəxsləri
redaktə- Həsənova Gülxar İbrahim qızı (10 dekabr 1918) — Azərbaycanın xalq artisti.
Şəhidlər
redaktəVətən yolunda şəhid olmaq ilahi bir zirvəyə yüksəlməkdir. Bu zirvəni fəth etmək Allaha qovuşmaqdır. Bayramli kənd sakinləri:
- Cəfərov Tofiq Məhərrəm oğlu
- Xudaverdiyev Abbas Haqverdi oğlu
Qarabağ müharibəsində, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda vuruşlarda iştirak etmiş boyuk şücaət göstərmiş ve şəhidlik zirvesine yuksəlmislər.Hazırda Bayramlı kənd orta məktəbi Tofiq Cəfərovun adını daşiyır.Məktəbdə büstü ucaldilmışdır.
Böyük Vətən müharibəsi
redaktəBöyük Vətən müharibəsi 1941–1945 illərdə, İkinci dünya müharibəsi dövründə Sovet İttifaqı xalqlarının faşist Almaniyası və onun müttəfiqlərinə qarşı aparılan müharibədə Bayramlı kənd sakinləri də böyük qəhrəmanlıq göstərmişlər. Böyük Vətən müharibəsində iştirak etmiş Bayramlı kənd sakinləri:
- Nuriyev Qara Həsən oğlu
- İsmayılov Məmməd Əhməd oğlu
- Həsənov İmran Həsən oğlu
- Həsənov Əli Həsən oğlu
- Həsənov Məhəmməd həsən oğlu
- Cəfərov Rza Məhəmməd oğlu
- Cərov Şahverdi Məhəmməd oğlu
- Bağırov Ənvər Mirzə oğlu
- Bağırov Qasım Cəfərqulu oğlu
- Cəfərov Məhəmmədəli Məmməd oğlu
- Ələkbərov Ələsgər Cəfər oğlu
- Əskərov Zeynalabdin Muxtar oğlu
- Əskərov Askər Muxtar oğlu
- Hümbətov Əmiralı Novruz oğlu
- İsmayılov Rüstəm İsmayıl oğlu
- Məmmədov Nadir İmamqulu oğlu
- Rüstəmov Aslan İsa oğlu
- Qəhramanov Ramazan Yahya oğlu
- Bayramov Qədim Məmmədhuseyn oğlu
İqtisadiyyatı
redaktəƏhalisi əsasən kənd təsərrüfatı – heyvandarlıq, əkinçilik və bağçılıqla məşğuldur. İqtisadiyyatında üzümçülük və quşçuluq da mühüm yer tutur.
Buğda, arpa, qarğıdalı kimi taxıl bitkiləri,eləcə də soğan, kələm, pomidor, xiyar,badımcan, günəbaxan, kartof və s. bostan bitkiləri becərilir.
Sovet İttifaqı dövründə
redaktəSovet İttifaqı dövründə Bayramlı əsasən pambiqciliq və uzumculuk üzrə ixtisaslaşmış təsərrüfata malik idi və Şəmkir rayonunda bu sahələr üzrə əsas yerileri tuturdu.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- ↑ Bayramlı (Şəmkir) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 87. ISBN 978-9952-34-155-3.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |