Gulxar Hesenova - Wikipedia
Gülxar İbrahim qızı Həsənova (10 dekabr 1918, Bayramlı, Gəncə quberniyası – 30 mart 2005, Bakı) — Azərbaycan opera müğənnisi (soprano), Azərbaycan SSR xalq artisti (1982).
Gülxar Həsənova | |||
---|---|---|---|
Ümumi məlumatlar | |||
Doğum tarixi | |||
Doğum yeri | Bayramlı, Gəncə quberniyası, Azərbaycan Demokratik Respublikası | ||
Vəfat tarixi | (86 yaşında) | ||
Vəfat yeri | Bakı, Azərbaycan | ||
Dəfn yeri | II Fəxri Xiyaban | ||
Vətəndaşlığı |
AXC→ SSRİ→ Azərbaycan |
||
Həyat yoldaşı | |||
Uşağı | |||
Musiqiçi məlumatları | |||
Fəaliyyəti | müğənni və aktrisa | ||
Mükafatları |
|
Həyatı
redaktəGülxar Həsənova 10 dekabr 1918-ci ildə hazırkı Gəncə quberniyasının Bayramlı kəndində (hazırkı Şəmkir rayonu) anadan olmuşdur.
Bakı Teatr Texnikumunda oxumuş (1935–1937), Azərbaycan Dövlət Universitetini bitirmişdir (1959).
G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936–1942). O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunmuşdur. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-ci ildən teatrın məşqçi pedaqoqu olmuşdur.
Onun ifasında Əsli, Xanəndə qız ("Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" Z.Hacıbəyov), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), Anna ("Gəlin qayası", Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədirdi.
Gülxar Həsənova 30 mart 2005-ci ildə Bakıda vəfat etmişdir.
Aktyorlar Ağadadaş Qurbanovun həyat yoldaşı, Hamlet Qurbanovun anasıdır. Aktrisa Gülşən Qurbanovanın ögey anasıdır
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 30 aprel 1955
- "Şöhrət" ordeni — 9 dekabr 1998
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[1]
- "Şərəf nişanı" ordeni — 9 iyun 1959
Xatirəsi
redaktə15 avqust 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır[2]. 2018-ci ilin dekabrında Şəmkirdə Gülxar Həsənovanın 100 illik yubileyi qeyd edilmişdir.[3]
Filmoqrafiya
redaktə- Böyük ömrün anları (film, 2006)
- Gecə qatarında qətl (film, 1990)
- Xoşbəxtlik qayğıları (film, 1976)
- Məkanın melodiyası (film, 2004)
- Min birinci söz (film, 1997)
- Son tamaşa (film, 1989)
- Yollar görüşəndə... (film, 1979)
- Zirzəmi (film, 1990)
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
- ↑ ""Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2018-ci il tarixli, 412 nömrəli Sərəncamı". e-qanun.az (az.). 15.08.2018. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-30.
- ↑ ARB Kəpəz. "Şəmkirdə küçələrdən birinə xalq artisti Gülxar Həsənovanın adı veriləcək" (az.). Youtube.com. 08.12.2018. İstifadə tarixi: 2018-12-08.