Bayram Pasa - Wikipedia
Ladikli Bayram Paşa (XVI əsr, İstanbul – 26 avqust 1638, Şanlıurfa) — IV Murad dönəmində 2 fevral 1637 - 26 avqust 1638 tarixlərində ümumilikdə 1 il 6 ay 24 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.[1] Eyni zamanda İstanbulun Bayrampaşa səmti də məhz Bayram Paşanın adı ilə bağlıdır. Sədrəzəmliyi dövründə haqqında həcv yazan Nefinin edamında günahlandırılır.
Ladikli Bayram Paşa | |
---|---|
يوم باشا | |
2 fevral 1637 – 26 avqust 1638 | |
Əvvəlki | Dabanıyasdı Mehmed Paşa |
Sonrakı | Təyyar Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVI əsr |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin qansızması[d] |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Xanzadə Sultan |
Həyatı
redaktəƏslən Samsunun Ladik bölgəsindən olan Qurd ağanın oğlu olaraq İstanbulda dünyaya gəlmişdir. Yeniçəri ocağına alınaraq burada yetişdirildi və 1622-ci ildə durnaçıbaşı, 1623-cü ildə zağarçıbaşı oldu və Rumelidə Yeniçəri ocağı üçün uşaq dəvşirməklə vəzifələndirildi. Ardından həmin il yeniçəri kəndxudası və yeniçəri ağalığına gətirildi. Yeniçəri kəndxudası ikən I Əhmədin qızı Xanzadə Sultanla evləndi. Ancaq Yeniçəri ocağında yaranan qarışıqlıq səbəbilə bu vəzifəsindən azad edildi və qübbə vəzirliyinə gətirildi. 1625-ci ildə Misir hakimliyinə yüksəldi və 3 ildən sonra yenidən qübbə vəziri olaraq paytaxta geri çağırıldı. Sədrəzəm Hüsrəv Paşa ilə münasibətləri pis olsa da, IV Muradın təkidilə vəzifəsinə davam etdi. 1633-cü ildə Rumeli bəylərbəyi oldu və bu əsnada genişmiqyaslı torpaq islahatları apardı. 1635-ci ildə baş tutan İrəvan səfərinə sədarət naibi olaraq qatıldı. Bu vəzifədə ikən İstanbulun şəhər divarlarını təmir etdirmiş, ardından 2 fevral 1637 tarixində Mehmed Paşanın yerinə sədrəzəm təyin olunmuşdur.
Bayram Paşa sədrəzəm olduqdan sonra sərdar-ı əkrəm təyin olundu və Səfəvilər cəbhəsinə göndərildi. Hələ paytaxtdan ayrılmadan Diyarbəkirdə olan Osmanlı ordusunun Sivasda toplanmasını əmr etdi. Daha sonra özü də Bolu, Amasiya, Niğdə, Tokat və Konyanı dolaşaraq Sivasa çatdı və buradan orduyla birlikdə Antepə keçdi. O qış ordu Amasiyada qışladı. Bundan istifadə edən Bayram Paşa bölgədəki Cəlali üsyançılarından birini ələ keçirərək edam etdirdi. Amasiyadakı su sıxıntısı səbəbilə öz xəzinəsindən ayırdığı 20.000 qızıl sikkə ilə şəhərə su çəkdirdi.[2]
Bayram Paşa Bağdad səfərinə çıxan IV Muradın ordusuna 28 may 1638 tarixində Konyada qatıldı. Padşahla birlikdə Hələbdən Bağdada hərəkət edən Bayram Paşa Urfa yaxınlığında anidən vəfat etdi.
IV Muradın ən sevimli paşalarından biri olan Bayram Paşanın vəfatı sultana ağır zərbə oldu. Cənazəsi paytaxta göndərildi və bu gün Hasəki səmtində yerləşən türbəsinə dəfn olundu. Bundan başqa öz adını daşıyan, məktəb, mədrəsə və təkkədən ibarət külliyəsi də mövcuddur. Kayseridə məscid, Adana yaxınlığında karvansarayla məscid inşa etdirmişdir.
Mənbə
redaktə- ↑ "Arxivlənmiş surət". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-01.
- ↑ Naîmâ, III, 323-324