Celali Usyanlari - Wikipedia
Bu məqalə Cəlalilər hərəkatı ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür. |
Cəlali üsyanları — XVI əsrdə Anadoluda Osmanlı dövlətinə qarşı baş vermiş qiyamlar.
Tarixi
redaktəBu hərəkat Osmanlı imperiyasında XVI əsrin 90-cı illərində başlamış və sonralar Azərbaycan ərazilərinə yayılmışdı. Cəlalilərin ayrı-ayrı dəstələri, onlara qoşulmuş şəhər və kənd yoxsulları yerli feodalların var dövlətlərini ələ keçiridilər. Müxtəlif tayfalar içərisindən çıxmış Cəlalili dəstə başçılarından biri Koroğlu idi. Xalq rəvayətinə görə, Səlmas yaxınlığındakı xaraba qala Koroğlu tərəfindən tikilmişdir. İlk dəfə Koroğlunu tarixi şəxsiyyət kimi Petruşevski təqdim etmişdir. O, yazırdı ki,"tarixi Koroğlu Ermənistanda və Azəbaycanda fəaliyyət göstərirdi". Koroğlunun silahdaşları Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər, Tanritanımaz, Abaza Paşa idilər. Koroğlunun tarixi şəxsiyyət olması haqqında o dövrdə yaşamış Əylisli Zəkəriyyənin "Qeydlərində", Övliya Çələbiyyənin "Səyahətnaməsində" və başqa əsrlərdə məlumatlar verilir.