Bayandurlu - Wikipedia
Bayandurlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 950-IIQ saylı Qərarı ilə Bayandurlu kəndi Xoruzlu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kəbirli kəndi mərkəz olmaqla, Kəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1] Bayandurlu kəndi də 1993-cü ildə Ermənistanın işğalı altına düşmüş və 2020-ci ildə İkinci Qarabağ Müharibəsindən sonra azad edilmişdir.
Bayandurlu | |
---|---|
40°27′ şm. e. 46°59′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəOykonim "bayandurlara məxsus yer və Bayandur yaşayış məntəqəsindən köçüb gələnlər" deməkdir. Etnotoponimdir.[2] Bayandurlu kəndi həmçinin türk mənşəli Bayandur tayfasının adını daşıyır. Bayandurlar oğuzların böyük boylarından biridir və tarixi Azərbaycan ərazisində bu tayfanın adı ilə bağlı bir çox yer adları mövcuddur.
Coğrafiyası və iqlimi
redaktəKənd Qarabağ düzündə yerləşir.
Əhalisi
redaktəƏhalisinin sayı 476 nəfərdir.[3]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 950-IIQ saylı Qərarı". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-09.
- ↑ Bayandurlu // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010
Həmçinin bax
redaktə Tərtər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |