Balta - Wikipedia
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Balta — metalik kəsici tilə malik olan, sapaqda bərk oturdulmuş alətdir.
Baltaların müxtəlif növləri vardır. Baltalar adətən dülgərlik işlərində ağacların yonulub formaya salınmasında və kəsilməsində istifadə edilir. Qədimdə baltadan həm əl, həm də atılan silah kimi istifadə edilmişdir.
Baltaların kəsici hissəsini sapaqla birləşdirmək üçün, onun tutqac hissəində deşik nəzərdə tutulur. Sapaq bu deşiyə keçirildikdən sonra o pazla bərkidilir.
İlk balta hələ qədim daş dövründə mövcud olmmuşdur. Ağaca başlanmış, iti kəsici tilləri olan daş parçalarından balta kimi istifadə edilmişdir.
Bu günkü baltlara oxşarı olanlar mezolit (b.e.6000 il əvvəl) dövründən meydana gəlmişdir. Ona qədər insanlar uc hissəsi itilənmiş daşlardan istfadə edirdilər. İlk baltaların tilləri daşla bərabər sümükdən də hazırlanırdı. Baltalardan ağacların kəsilməsində və onların emalında istifadə olunurdu. O dövrdən baltaların funksiyalarında elə bir dəyişiklik olmamışdır. Sonrakı neolit dövründən başlayaraq düzbucaqlı tilə malik daş baltalardan istifadə edilmişdir. Daha sonralar baltaların uc hissəsi misdən hazırlanmağa başalyır. Bürünc baltalara bürünc dövründə təsadüf edilir.