Baliq Senaye Idaresi - Wikipedia
Balıq sənaye idarəsi — balıq ovu, xəzinə və töycü rüsumlarının artmasına nəzarət və rəhbərlik edən qurum.
Məlumat
redaktə1880-ci il aprelin 20-də yaradılmış, 1918-ci il iyulun 4-də Bakı Xalq Komissarları Soveti Xalq Təsərrüfatı Şurasının qərarı ilə ləğv edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdükdən (1918-ci il 17 sentyabr) sonra Balıq sənayesi idarəsi öz fəaliyyətini ilk növbədə baxımsızlıqdan tənəzzülə uğrayan vətəgələrin bərpasına yönəltmişdi. Bankə vətəgəsi də Hökumətin 1918-ci il 30 avqust tarixli qərarına əsasən, bütün varidatı ilə birlikdə müsadirə edilmiş və 1919-cu il yanvarın 1-dək xəzinə ilə imzalanmış müqaviləyə əsasən, 1920-c il iyunun 1-dək xüsusi şəxsə, çay və göllərdəki digər məntəqələr isə hərrac vasitəsilə icarəyə verilmişdi. Balıq sənayesi idarəsi 1919-cu il oktyabrın 15-də xəzinəyə məxsus 44 siyənək ovu məntəqəsini 1920-ci il yanvarın 1-dən 6 il müddətinə icarəyə vermək barədə qərar qəbul etmişdi. Bundan əlavə, idarə xəzinənin xeyrinə rüsumların artmasına, xəzinə gəlirlərinin töycü hesabına çoxalmasına səbəb ola biləcək bir sıra tədbirlər görmüşdü. [1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 244