Bakire Meryemin Mesum Hamileliyi Kilsesi Baki Pravoslav - Wikipedia
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (rus. Собор Рождества Пресвятой Богородицы) — Bakı yeparxiyası tabeliyində kilsə. Kilsə baş rahibi yerey Oleq Kosolapovdur, 3 rahib və 2 dyakon fəaliyyət göstərir.
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi | |
---|---|
40°22′55″ şm. e. 49°50′50″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Ş.Əzizbəyov küçəsi, 205 |
Aidiyyatı | Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası |
Tikilmə tarixi | XIX əsr |
Vəziyyəti | fəaliyyət göstərir |
İstinad nöm. | 3023 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyereyi Sergey Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır.
Hazırda
redaktəKilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır. 26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksi Müqəddəs Məryəm kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir. Kilsədə pravoslav ədəbiyyatı ilə zəngin kitabxana, uşaqlar üçün bazar günü məktəbi, həmçinin xeyrat yeməkxanası fəaliyyət göstərir.