Bakbo - Wikipedia
Bakbo (vyet. Bắc bộ), həmçinin Tonkin (fr. Le Tonkin) — Vyetnamda tarixi və coğrafi region. Vyetnamın ən şimal və geniş hissəsidir
Tarixi
redaktəBakbo Fransa Hind-Çini dövründə general Eduard Jamon komandanlığı altında Fransa ordusu tərəfindən fəth edilmiş və "Tonkin protektoratı" adlandırılmışdır.[1][2]
1954-cü ildə Cenevrə razılaşmasının nəticələrinə görə, Tonkin və Annamın şimal hissəsi (17-ci paralelə qədər) Şimali Vyetnamın (VDR) bir hissəsi olmuşdur. 1964-cü ilin avqustunda ABŞ-nin Vyetnam müharibəsinə açıq müdaxiləsinin başlanmasının səbəblərindən biri Tonkin körfəzi olayı adlanan hadisə idi. Burada ABŞ və Şimali Vyetnam donanmalarının iştirak etdiyi iki epizod baş tutmuşdur.
Hal-hazırda Bakboya Vyetnamın 16 əsas inzibati vahidi, o cümlədən 14 vilayət, Hanoy və Hayfonq şəhərləri daxildir.
İstinadlar
redaktə- ↑ Pierre Brocheux et Daniel Hémery, Indochine : la colonisation ambiguë 1858-1954, La Découverte, 2004, p. 78-81
- ↑ L'Indochine française pendant la Seconde Guerre mondiale Arxiv surəti 5 fevral 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-02-05 at the Wayback Machine, Jean-Philippe Liardet