Baki Asagi Texniki Mektebi - Wikipedia
Bakı_aşağı_texniki_məktəbi - Haqqında Məlumat
Bakı aşağı texniki məktəbi[1] — 1897-cı ilin 1 sentyabr tarixində fəaliyyətə başlamışdır. Bakı Sənət məktəbinin əsasında təşkil edilmişdir. Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə məktəb üçün Avropa memarlığı üslubunda tədris binası tikilmişdi. Mexanika və inşaat şöbələri vardı. Məktəbin nəzdində 4 sinifli ibtidai sənət məktəbi, yaşlılar üçün kurslar, 5 emalatxana fəaliyyət göstərirdi. Ümumtəhsil və texniki fənlər (hesab, rus dili, rəsmxət və texnologiya) tədris olunurdu. Məşğələlərin üçdə iki hissəsi təcrübə dərslərindən ibarət idi. 1905-ci ildən etibarən "Bakı orta texniki məktəbi" adı ilə fəaliyyətini davam etdirmişdir.
Bakı aşağı texniki məktəbi | |
---|---|
Əsası qoyulub | 1 sentyabr 1897 |
Şəhər | Bakı |
Ünvan | Bakı şəhəri |
İstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 66. ISBN 978-9952-441-07-9.