Bdu Cografiya Fakultesi - Wikipedia
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri.
Coğrafiya fakültəsi | |
---|---|
Bakı Dövlət Universiteti | |
Yaradılma tarixi | 1991 |
Dekan | Şəkər Məmmədova |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Digər məlumatlar | |
Sayt | geography.bsu.edu.az |
Haqqında
redaktəKeçmiş SSRİ Ali Təhsil Nazirliyinin qərarına əsasən 1944-cü ildə birinci dəfə Azərbaycan Dövlət Universitetində coğrafiya ixtisası üzrə tələbə qəbulu aparıldı və geologiya-coğrafiya fakültəsi yaradıldı. 1945–1946-cı tədris ilindən fakültədə coğrafiya ixtisası üzrə azərbaycan və rus bölmələrinə tələbə qəbulu aparıldı. Aidiyyətli nazirliklərin və Azərbaycan Elmlər Akademiyası institutlarının kadr tələbatını nəzərə alaraq və fakültədə kartoqrafiya (1972-ci il), hidrometeorologiya (1973-cü il) və ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə (1979-cu il) kafedraları yaradıldı. 1970-ci illərdən BDU geologiya-coğrafiya fakültəsində kartoqrafiya, hidrometeorologiya və ekologiya ixtisaslarına tələbə qəbul edildi.
İxtisas istiqamətlərinin genişlənməsi və kadr tələbatının artması 1991-ci ildə BDU-da sərbəst coğrafiya fakültəsi təşkil etməyə imkan verdi. 2007-ci ildə coğrafiya fakültəsində yeni və mühüm bir kafedra-"Azərbaycan coğrfiyası" kafedrası təşkil edildi. Beləliklə, hazırda coğrafiya fakültəsi kollektivi təbiət elmlərinin 5 sərbəst istiqaməti üzrə kadr hazırlığını və elmi araşdırmaları yerinə yetirir.
1991-ci ildə tələbələrin tədris təcrübəsini təşkil etmək üçün Altıağac təcrübə bazası yaradıldı və 2000-ci ildən həmin bazada böyük abadlıq işləri həyata keçirilməyə başlandı.
Kafedralar
redaktə- Fiziki coğrafiya
- İqtisadi və sosial coğrafiya
- Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası
- Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm
- Hidrometeorologiya
- Geodeziya və kartoqrafiya
Təhsil
redaktəBakalavr
redaktə- Coğrafiya
- Coğrafiya müəllimliyi
- Hidrometeorologiya
- Geodeziya və xəritəçilik mühəndisliyi
- Turizm və otelçilik
Magistratura
redaktə- Coğrafiya ixtisası
- İqtisadi və sosial coğrafiya
- Landşaftşünaslıq
- Azərbaycanın fiziki coğrafiyası
- Geomorfologiya
- Azərbaycanın və onunla qonşu ölkələrin iqtisadi və sosial coğrafiya
- Ərazi planlaşdırılması və rayon plana alınması
- Dünyanın iqtisadi və sosial coğrafiyası
- Coğrafiya müəllimliyi
- Coğrafiyanın tədrisi metodikası və metodologiyası
- Hidrometeorologiya
- Hidrologiya
- Su ehtiyatlarının inteqrasiyalı idarə olunması
- İqlimşünaslıq
- Geodeziya və xəritəçilik mühəndisliyi
- Tətbiqi geodeziya
- Xəritəçilik
- Turizm və otelçilik
- Otelçilik
- Turizm işi
- Beynəlxalq turizm və ölkəşünaslıq
- Sosial mədəni sahədə `xidmətlərin təşkili