Bdu Biologiya Fakultesi - Wikipedia
Bakı Dövlət Universitetinin Biologiya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri.
Biologiya fakültəsi | |
---|---|
Bakı Dövlət Universiteti | |
Yaradılma tarixi | 1934 |
Dekan | Afət Məmmədova |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Digər məlumatlar | |
Sayt | biology.bdu.info.az |
Tarixi
redaktəBiologiya fakültəsi 1934-cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərir. Fakültənin ilk dekanı ixtisasca bitki fizioloqu olan professor D.A.Şutov olmuşdur (1934–1935).
Tərkibi
redaktəBiologiya fakültəsində 5 kaferda fəaliyyət göstərir. Bu kafedralar aşağıdakılardır:
- Molekulyar biologiya və biotexnologiyalar
- Biokimya
- Botanika və Bitki fiziologiyası
- Genetika
- Zoologiya
Bu kafedralarda bakalavr və magistratura təhsil pillələrində tədris proqramları əsasında adı çəkilən ixtisaslar üzrə dərslər keçirilir. Həmin ixtisaslar üzrə elmi işlər aparılır. Fakültədə Biotexnologiya və Biosimulator laboratoriyaları fəaliyyət göstərir.
Təkamül Təlimi Muzeyi
redaktəBakı Dövlət Universitetinin M.A.Axundov adına "Təkamül təlimi" muzeyi biologiya elmləri doktoru, professor, Əməkdar müəllim və elm xadimi, "Genetika və təkamül təlimi" kafedrasının yaradıcısı olan Mirəli Axundov tərəfindən 1937-ci ildə təsis olunmuşdur.
Təhsil
redaktəFakültədə təhsil əyani və qiyabi formalarda, azərbaycan və rus dillərində aparılır. Fakültədə 1000-dən çox tələbə və magistrant təhsil alır, onların təlim-tərbiyəsi ilə 86 nəfərdən ibarət olan professor-müəllim heyəti məşgul olur, onlardan 1 nəfəri akademik, 1 nəfər AMEA-nın müxbir üzvü, 19 nəfər elmlər doktoru, professor, 62 nəfəri elmlər namizədi, dosent, baş müəllim və müəllimdir.
Bakalavr
redaktə- Biologiya
- Biologiya müəllimliyi
- Su bioehtiyyatları və akvabitkilər
- Biotexnologiya
- Qida mühəndisliyi
- Bitki mühafizəsi
Magistratura
redaktə- Botanika
- Mikologiya
- Onurğasızlar zoologiyası
- Entomologiya
- Mikrobiologiya
- Sənaye mikrobiologiyası
- İnsan və heyvan fiziologiyası
- Bitki fiziologiyası
- Biokimya
- Biotexnologiya
- Nanobiotexnologiya
- Genetika
- Bitkilərin genetikası və seleksiyası
- Biofizika
- Molekulyar biologiya
- Onurğalılar zoologiyası
- İxtiologiya
- Ətraf mühitin idarə edilməsi və bioloji monitorinq
Beynəlxalq Əlaqələri
redaktəBiologiya fakültəsinin geniş beynəlxalq əlaqələri vardır. Belə ki, Rusiyanın Bax adına Biokimya İnstitutu, Gürcüstanın Tbilisi Dövlət Universiteti, İspaniyanın Corunya Universiteti, Fransanın Nant İnstitutu bunlara misal ola bilər.
Akkreditasiya müddətində Bakı Dövlət Universiteti və Çexiyanın Karlova Universiteti, eləcə də Bakı Dövlət Universiteti və Çexiyanın Kimya Texnologiyaları İnstitutu arasında magistr mübadiləsi və elmi əməkdaşlıq haqqında razılaşma imzalanmışdır. Bundan əlavə, Biologiya fakültəsi və Çexiyanın Brno şəhərinin Mendel adına Dövlət Universiteti arasında müqavilə imzalanmışdır.