Beybala Bey Sultanov - Wikipedia
Bəybala bəy Sultanov (10 (22) mart 1879, Axtı – 20 mart 1918, Bakı) — Rusiya imperiyası II Dövlət Dumasının Müsəlman fraksiyasının üzvü.
Bəybala bəy Sultanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 (22) mart 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 20 mart 1918 (38 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı, təhsili və peşəsi
redaktə10 mart 1879-cu ildə Məlik bəy Sultanovun ailəsində doğulub, ləzgi və müsəlman idi. Moskva universiteti Tibb fakültəsini bitirmişdi. 1902–1905-ci illərdə Kürə dairəsində rayon həkimi[1], 1909–1910-cu ildə Qayakənd kənd həkimi işləmişdir.[2] 1914–1918-ci illərdə Bakı şəhər Mixaylovskaya xəstəxanasının 1 saylı klinikasında (indiki Hacı Qasımov adına 1 saylı doğum evi) işləmişdir.
Siyasi fəaliyyəti
redaktə6 fevral 1907-ci ildə Rusiya imperiyası II Dövlət Dumasına seçilmişdir. İctimai təhsil və aqrar komissiyalarının üzvü idi.
Ölümü
redaktəMart soyqırımı zamanı Stepan Lalayan tərəfindən öldürülmüşdür.
Ailəsi
redaktəAtası Məlik bəy Sultanov dvoryan sinfinə mənsub idi. Bəybala bəy kumık əsilli Umay Hacıyeva ilə evlənmiş, Məhəmməd-Mirzə adlı oğlu olmuşdu.[3]
Mənbə
redaktə- ↑ "Кавказский календарь на 1903 год", Тифлис, 1902 г. Стр. 222.
- ↑ "Кавказский календарь на 1910 год", Тифлис, 1909 г. Стр. 364.
- ↑ "Mart soyqırımı sənədləri". 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-02.