Behmen Haciyev - Wikipedia
Hacıyev Bəhman Əbiş oğlu (2 dekabr 1926, Şıxlar – 16 noyabr 1998, Bakı) — texnika elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar mühəndisi.
Bəhman Hacıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 dekabr 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 16 noyabr 1998 (71 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri |
|
Həyatı
redaktəHacıyev Bəhman Əbiş oğlu Zəngəzurun Şıxlar kəndində anadan olmuşdur. 1943-cü ildən "Əzizbəyovneft" tresti mədənlərində operator köməkçisi işləmişdir. 1950-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, "Bibiheybətneft" tresti mədənlərində neft və qaz hasilatı ustası işləmişdir. Sonradan onu hasilat üzrə usta, sonra isə böyük mühəndis kimi "Gürganneft" trestinə keçirirlər, 1953-cü ildə isə trestin böyük mühəndisi təyin edilir və 1962-ci ilə qədər o bu vəzifədə işləyir, sonralar isə "Neft Daşları"nda baş mühəndis və neft idarəsinin rəisi işləmişdir. 1965-ci ildən o "Neft Daşları" NQÇİ-nə rəhbərlik etmişdir. Onun bilavasitə rəhbərliyi ilə ilk dəfə olaraq Neft Daşlarında maili-yönəlmiş quyuların küt qazıma üsulu tətbiq edilmişdir. 1953-cü ildə "Dəniz neft yataqlarının ("Neft Daşları" yatağı timsalında) işlənilməsi və istismarı məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1977–1984-cü illərdə "Azneft" İB-nin baş direktoru vəzifəsində işlədiyi müddətdə "Cəfərli", "Zərdab", "Kəlaməddin", "Tərsdəllər" və b. yeni yataqlar kəşf edilmişdi. 1984–1994-cü illərdə ÜETTTİ-nun direktoru idi. 1990-cı ildə "Neft yataqlarının mürəkkəbləşmiş şəraitlərdə kompleks işlənilməsi və istismarı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993–1998-ci illərdə AzETNÇİ-da işləmişdir. Uzun illər ərzində o ADNA-nın neft mədən fakültəsində pedaqoji fəaliyyət göstərmiş və AzNKİ Dövlət İmtahan Komissiyasının sədri olmuşdur. Öz elmi işini o AzDNQSDETLİ-də davam etdirmişdir.[1]
Elmi fəaliyyəti
redaktəHacıyev B. Ə. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: quyuların tədqiqatının yeni üsullarının tətbiqi; təhlükəsizlik texnikası üzrə yeni vasitələrin — qazıma və ştanqlı nasosların təmiri üzrə mexanizmlər kompleksinin işlənilməsi; ağırlaşdırılmış qazıma boruları ilə təhlükəsiz iş üçün kompleks; qaz axını yerlərinin müəyyənləşdirilməsi üçün ayerozol indikatorlarının işlənilməsi; boru kəmərlərinin təmiri üçün yapışqan kompozisiyalarının yaradılması; qazıma qüllələrinin aparıcı (daşıyıcı) qabiliyyətinin müəyyən edilməsinin dağıdıcı olmayan, dünya praktikasında analoqu olmayan yeni, təhlükəsiz üsulunun işlənilməsi.
Hacıyev B. Ə. 100-dən artıq elmi məqalənin, 1 monoqrafiyanın müəllifidir. İxtiealara görə 50-dən artıq müəlliflik şahədatnaməsi alıb.
Hacıyev B. Ə. SSRİ Lenin mükafatına, Azərbaycan Respublikasının Dövlət Mükafatına, həmçinin "SSRİ-nın fəxri neftçisi", "Azərbaycanın əməkdar mühəndisi" adlarına layiq görülmüşdür. O Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və "Oktyabr inqilabı" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
redaktə- ↑ Yusifzadə, Xoşbəxt. "Peşəkar neftçi, yaradıcı mühəndis, istedadlı alim". azerbaijan-news.az. Azərbaycan qəzeti. 02 Dekabr 2011. 2019-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2016.