Bedel Bedelov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti (2011–2023).
Bədəl Bədəlov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1961 |
Doğum yeri | |
Partiya | |
Təhsili |
Həyatı
redaktəBədəlov Bədəl Şamil oğlu 1961-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. Milliyyətcə Qaraqoyunlu türküdür. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Mühəndislik fəaliyyətinə "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestinin 2 saylı Tikinti-quraşdırma idarəsində başlamış, böyük iş icraçısınadək yüksəlmişdir.
1997–2003-cü illərdə "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" Trestinin Tikinti-quraşdırma İdarəsinin və Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəisi vəsifələrində çalışmış, 2003-cü ildə "Azərneftyanacaq" Neft Emalı Zavodunun (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) əsaslı tikinti üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 2005–2007-ci illər ərzində ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2007–2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olmuşdur.
2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin Sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilmişdir.
28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.[1]
2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.
İstinadlar
redaktə- ↑ "B.Ş.Bədəlovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.