Boyuk Gifu Zelzelesi - Wikipedia
Böyük_Gifu_zəlzələsi - Haqqında Məlumat
Mino-Ovari zəlzələsi — 1891-ci ildə Yaponiyada baş verən zəlzələ[1].
Mino-Ovari zəlzələsi | |
---|---|
Tarix | |
Episentrin yeri | |
Ölənlər |
|
Xəsarət alanlar |
|
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1891-ci il oktyabrın 28-də səhər saat 06.37 dəqiqədə Yaponiyanın dağlıq rayonu olan Xan-syu adasında zəlzələ baş vermişdir. Zəlzələ təxminən 100 km uzunluğunda tektonik xəttin fayı ilə müşayiət edilmişdir. Üfiqi yerdəyişmə 4 m-ə, şaquli yerdəyişmə bəzi yerlərdə 7 m-ə çatmışdır. Şərq tərəfdə fay boyu yerdəyişmə şimal-qərb istiqamətində olmuşdur. Böyük torpaq sahələri bəzi yerlərdə çökmüş və bəzi yerlərdə qalxmışdır.
Zəlzələ 1 000 000 km2 sahədə hiss edilmiş, fay boyu 10 000 km2-ə yaxın sahədə böyük dağıntılar olmuş və 10 000 körpü müxtəlif dərəcədə zədələnmişdir. Bu zəlzələnin nəticəsində 7 000 nəfər tələf olmuş və 17 000 nəfər yaralanmışdır.
İstinadlar
redaktə- ↑ Fuad Sultanov, Z.Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.14