Azerbaycan Tarixi Kitab - Wikipedia
Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) — Ziya Bünyadov və Yusif Yusifovun redaktəsilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tövsiyə edilmiş ali məktəblər üçün dərslik.
Azərbaycan tarixi | |
---|---|
Orijinalın dili | Azərbaycan dili |
Ölkə | Azərbaycan |
Nəşriyyat | Azərnəşr (2014-cü ildə Apastrof) |
Səhifə | 680 |
ISBN | ISBN 5-552-01386-7 |
Haqqında
redaktəDərslikdə Azərbaycanın qədim və orta əsrlər etnik tarixindən, dövlət quruluşlarından, sosial-iqtisadi və siyasi həyatından, mədəniyyətindən, dini görüşlərindən, həmçinin Rusiya tərəfindən işğal edilməsindən, regionda kapitalist münasibətlərin yaranmasından və inkişafından bəhs edilir.[1]
Əsərin girişi tarix elmləri doktoru Y. Yusifov, I fəsil tarix elmləri doktoru H. Cəfərov, II-VI fəsillər Y. Yusifov, VIII-IX fəsillər tarix elmləri namizədi R. Əliyev, X fəsil tarix elmləri doktoru V. Piriyev, XI-XIV fəsillər tarix elmlər doktoru S. Məmmədov, XV-XXI fəsillər AMEA-ın müxbir üzvü M. İsmayılov, ("Azərbaycanın işğalı" bölməsi M. İsmayılov və S. Məmmədov), XXII fəsil tarix elmləri namizədi S. Bayramzadə tərəfindən hazırlanmışdır.[1]
Kitabın rəyçiləri Bakı Dövlət Universitetinin Azərbaycanın qədim və orta əsr tarixi kafedrasının professoru Süleyman Əliyarlı, Azərbaycanın yeni və ən yeni tarixi kafedrasının müdiri Q. Bayramov və AMEA-ın müxbir üzvü İ. Babayevdir. Kitabın əsas redaktorları Yusif Yusifov və Ziya Bünyadovdur.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 Azərbaycan tarixi, 2014. səh. x
Mənbə
redaktə- Ziya Bünyadov və Yusif Yusifov (redaktorlar). Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) (PDF). Bakı: Apastrof. 2014.
Xarici keçidlər
redaktə- Azərbaycan tarixi. I cild. Dərslik. Bakı, "Apostroff" nəşriyyatı, 2014, 720 səh. ISBN 978-9952-404-48-7