Azerbaycan Muellimi Qezet - Wikipedia
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
"Azərbaycan müəllimi" qəzeti — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəsmi mətbuat orqanı. 1934-cü ildən fəaliyyət göstərən qəzet Azərbaycanda elm və təhsil sahəsindəki yeniliklərin, təhlillərin, pedaqoji yazıların, reportajların, müsahibələrin, qabaqcıl pedaqoji təcrübələrin işıqlandırıldığı platformadır.[1]
"Azərbaycan müəllimi" qəzeti | |
---|---|
Növ | Elm və təhsil haqqında qəzet |
Nəşriyyat | "Azərbaycan nəşriyyatı" MMC |
Baş redaktor | Sarvan İbrahimov |
Yaranma tarixi | 2 sentyabr 1934 |
Dil | Azərbaycan dili |
Səhifə | 12 |
Baş ofis | Bakı |
Ünvan | Fətəli xan Xoyski, 109 |
Ölkə | Azərbaycan |
muallim.edu.az |
Tarixi
redaktə"Azərbaycan müəllimi" qəzeti 1934-cü il sentyabrın 2-də "Qommunist Məarifi" adı ilə nəşrə başlayıb.[1] Bu mətbu orqan kommunist ideyalarının, bolşevik maarifinin ruporu kimi nəzərdə tutulub yaradılsa da, ilk gündən mövcud çərçivəyə sığmayıb və daha çox ümumxalq qəzeti kimi diqqəti cəlb edib.[2] Sırf pedaqoji məsələlərə daha geniş yer ayırdığı üçün 1938-ci ildə qəzetin adı dəyişdirilərək "Müəllim qəzeti" adlandırılıb.[3] Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olunub. 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək qəzetin nəşri dayandırılıb, qəzetin əməkdaşları döyüşən ordu sıralarına yollanıblar.[4]
1934-cü ildə 5 min tirajla dərc olunan nüsxələrinin sayı artaraq 1954-cü ildə 20 minə çatıb.[5]
Qəzetin təşəkkül tarixindən 1946-cı ilə qədərki dövr onun çətin mərhələlərindən biri hesab edilir. Belə ki, qəzetin ilk müəlliflərindən bir çoxu Stalin repressiyalarının qurbanı olub.[6] Bəziləri NKVD zindanlarına atılaraq onlara "xalq düşməni" damğası vurulub, əməkdaşların bir qismi isə Böyük Vətən müharibəsində həlak olub.[7] 1946-cı ilin aprelindən etibarən "Azərbaycan müəllimi" adı ilə yenidən nəşrə başlayıb.[7]
Qəzet təkcə Azərbaycanda deyil, keçmiş SSRİ respublikalarında və xarici ölkələrdə də oxucu kütləsinə sahib olub.[3] Bundan əlavə, xarici ölkələrdə 40-dan artıq abunəçisi olub.[5][8]
Heydər Əliyevin qəzetin 60 illik yubileyi münasibətilə redaksiya kollektivinə göndərdiyi təbrik məktubunda[9] "Azərbaycan müəllimi"nin fəaliyyətinə layiqli qiymət verib, qəzetin ictimai-siyasi həyatdakı rolu yüksək dəyərləndirilib.[10]
"Azərbaycan müəllimi"nin 90 illik yubileyinə[8] hazırlıq mərhələsində bu mətbu orqanın inkişafının və fəaliyyətinin ayrı-ayrı mərhələlərini izləmək, məlumatlar toplamaq, təhlillər aparmaq məqsədilə dövlət arxivlərində tədqiqatlar[11] aparılıb.[12]
Qəzetə indiyədək Mahmud Ağayev, Züleyxa Əliyeva, Rüstəm Hüseynov, A.Məhərrəmov, A.Bədəlov, Mirabbas Aslanov, Şahin Səfərov, Məhəmməd Baharlı, Valeh Mirzə, Bayram Hüseynzadə, Nurəddin Heydərov rəhbərlik edib. Hazırda isə qəzetin baş redaktoru Sarvan İbrahimovdur.[13]
Yazarlar
redaktə"Azərbaycan müəllimi" qəzetində akademik Mehdi Mehdizadə, alimlər Əhməd Seyidov, Mərdan Muradxanov, Şövqi Ağayev, Nurəddin Kazımov, Zahid Qaralov, Bəşir Əhmədov, Misir Mərdanov, Əliheydər Həşimov, Yəhya Kərimov, Əziz Əfəndizadə, Hüseyn Əhmədov, Əkbər Bayramov, Əbdül Əlizadə, Əjdər Ağayev, xalq müəllimləri Zahid Şöyübov, İsrafil Şükürov, əmək qəhrəmanları Məsmə Atakişiyeva[rus.], Zərbəli Səmədov, Məhər Quliyev, İsa Məmmədov və başqaları, həmçinin şair, dramaturq Səməd Vurğun, yazıçı, pedaqoq Abdulla Şaiq, yazıçı Qılman İlkin, görkəmli ictimai-siyasi xadim, professor Xudu Məmmədov, Azərbaycanın ilk peşəkar qadın musiqi xadimi Şövkət Məmmədova, bəstəkar Üzeyir Hacıbəyli, bəstəkar Qara Qarayev, görkəmli alim, mətbuat tədqiqatçısı Şirməmməd Hüseynov və s. çıxış ediblər.[3]
Bundan başqa, Mirzə İbrahimov, Sabit Rəhman, Manaf Süleymanov, Osman Sarıvəlli, Əlfi Qasımov, Cabir Novruz, Qabil İmamverdiyev, Qasım Qasımzadə, Bəxtiyar Vahabzadənin və başqalarının imzaları oxucuların ən çox arzuladığı yazılardan xəbər verir. Azərbaycanın dilçi-ədəbiyyat xadimlərindən akademik Həmid Araslı, professor Əziz Mirəhmədov, Əbdüləzəl Dəmirçizadənin dərsliklər, onların dil xüsusiyyətləri, didaktik əhəmiyyəti, tədrislə bağlı yazıları dərc olunub.[5]
Şirməmməd Hüseynov, xalq maarif təşkilatçısı Camo Cəbrayılbəyli, pedaqoq İmamverdi Əbilov, Sosialist Əməyi Qəhrəmanı Zərbəli Səmədov, Sona Tağıyevanın və başqalarının yazıları da qəzetdə dərc olunub.[5]
Loqo
redaktəLoqo bir neçə elementi birləşdirir: İnsan, kitab (qəzet), qələm və səkkizguşəli ulduz.[14]
- İnsan simvolu: Loqonun ətrafını əhatə edən minimalizə edilmiş bu simvollar həm cəmiyyətə, həm də müəllimə vurğu edir.
- Kitab (açıq qəzet) simvolu: Təhsilin əsas atributu olan bu təsvir açıq kitab və qəzetə işarə edir.
- Səkkizguşəli ulduz simvolu: Dövlət bayrağındakı ulduzun eynisi olan bu təsvir Azərbaycanda təhsilin önəmini və müəllimlərin milli dəyərlərə bağlılığını göstərmək məqsədilə seçilib. Eyni zamanda bu ulduzun mərkəzdə yer alması Azərbaycan müəlliminin gücünün və missiyasının vacib bir qismini milli dəyərlərimizdən aldığına işarədir.
- Qələm simvolu: Həm təhsili, həm də "Azərbaycan müəllimi" qəzetinin məzmununu ifadə edən bu təsvir mətbuata işarə edir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi" (PDF). edu.gov.az (az.). İstifadə tarixi: 2024-10-20.
- ↑ "Haqqında | Azərbaycan müəllimi". muallim.edu.az (ingilis). İstifadə tarixi: 2024-10-24.
- ↑ 1 2 3 "Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 – 248 səh" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-09.
- ↑ ""Azərbaycan müəllimi" qəzeti". 2010-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-07.
- ↑ 1 2 3 4 ""Azərbaycan müəllimi" qəzetinin yaranmasından 90 il ötür". Trend.Az (az.). 2024-09-03. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-20.
- ↑ https://dergipark.org.tr/en/download/article-file/2504210 (#bare_url_missing_title). 2023-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-20.
- ↑ 1 2 https://muallim.edu.az/about (#bare_url_missing_title).
- ↑ 1 2 ""Azərbaycan müəllimi" qəzetinin 90 illik yubiley tədbiri keçirilib". Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (az.). 2024-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-20.
- ↑ https://lib.aliyev-heritage.org/az/7643549.html (#bare_url_missing_title).
- ↑ "AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASI". ensiklopediya.gov.az. 2015-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-24.
- ↑ ""Milli təhsilimizin 90 illik tarixinin salnaməsi – RESENZİYA"". Azərbaycan müəllimi (az.). İstifadə tarixi: 2024-10-20.
- ↑ "Milli təhsilimizin 90 illik tarixinin salnaməsi". www.muallim.edu.az (ingilis). İstifadə tarixi: 2024-10-20.
- ↑ Ç.Səfərli, O.Mustafayev. "Azərbaycan müəllimi": 90 ilin izi ilə (az.). Təhsil Nəşriyyat-Poliqrafiya. 2024. ISBN 978-9952-576-26-9.
- ↑ https://old.muallim.edu.az/news.php?id=31366 (#bare_url_missing_title).