Azerbaycan Tarixi 7 Cildde - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Azərbaycan Tarixi — AMEA Tarix İnstitutu tərəfindən ilk dəfə 1998-2003-cü illərdə nəşr edilmiş və Azərbaycan tarixinin ən qədim zamanlardan 2002-ci ilə qədər olan dövrünü əhatə edən 7 cildlik kitablar seriyası.
Azərbaycan Tarixi | |
---|---|
Azərbaycan Tarixi | |
| |
Müəllif | AMEA Tarix İnstitutu |
Janr | Tarix |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili |
1998: I, II və IV 1999: III 2001: V və VI 2003: VII |
Seriya | Azərbaycan dili və tarixi |
Nəşriyyat | Elm |
Cild | 7 |
Səhifə |
I: 520+40 II: 608+24 III: 692+56 IV: 504+48 V: 696+40 VI: 568+48 VII: 608+80 |
ISBN | ISBN 978-9952-448-36-8 |
Məzmun
redaktəI cild
Azərbaycan dünyanın ən qədim insan məskənlərinden və sivilizasiya mərkəzlərindən biridir. Yeddicildlik "Azərbaycan tarixi"nin I cildi Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq eramızın III əsrinin birinci rübü ilə başa çatan böyük bir dövrünü əhatə edir.
Kitabda arxeoloji mənbələr və yazılı abidələr əsasında ölkəmizdə ibtidai insan cəmiyyətinin mərhələləri, mənəvi həyatı, onun dağılması, ilkin sinifli cəmiyyətin və dövlətlərin meydana gəlməsi, onların taleyi, şəhər həyatı, mədəniyyəti, xalqın yadelli işğalçılarla mübarizəsi, etnik məsələlər və s. açıqlanır.
II cild
Yeddi cildlik "Azərbaycan tarixi"nin II cildində III əsrdən tutmuş XIII yüzilin I rübünədək olan dövrü tədqiq edilmiş, sasanilərin və ərəblərin hakimiyyətləri zamanı baş verən siyasi-ictimai, iqtisadi-mədəni dəyişikliklər aşkarlaşdırılmışdir. Xilafətin zəifiədiyi dövrdə təşəkkül tapan Azərbaycan feodal dövlətlərinin tarixi, səlcuq yürüşü və onun nəticələri, Azərbaycan Atabəyləri dövlətinin yaranması və süqutu, eləcə də dövrün ictimai, iqtisadi, mədəni həyatı və maddi mədəniyyəti bu cilddə geniş şərh olunmuşdur.
III cild
Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu və digər institut əməkdaşlarının uzun illər boyu apardıqları axtarışların yekunu olan bu cilddə Vətənimizin orta əsrlər tarixinin XIII əsrdən başlayaraq son dövrü işıqlandırılmış, monqol əsarəti və onun nəticələri, burada təşəkkül tapan Azərbaycan dövlətlərinin tarixi, onların yaranması və süqutu, xanlıqlar dövrü, xalqımızın xarici işğalçıların təcavüzünə qarşı azadlıq mübarizəsi, eləcə də dövrün ictimai-iqtisadi, mədəni həyatı ətraflı şərh olunmuşdur.
IV cild
Cilddə XIX əsr Azərbaycan tarixinin əsas sahələri əhatə olunmuşdur. XIX əsrin başlanğıcında çar Rusiyası Şimali Azərbaycanı istila etdi, yurdumuzun şimal torpaqları Rusiya imperiyasının tərkibində qaldı. Cilddə istilanın gedişi, çar Rusiyasının Şimali Azərbaycanı ucqar müstəmləkəyə çevirməsi siyasəti, xalqın ona qarşı mübarizəsi, ölkənin sosial-iqtisadi, siyasi və mədəniyyət tarixi, əsrin son rübündə burada kapitalist münasibətlərinin qərarlaşması, bununla əlaqədar sənayenin, kənd təsərüfatının inkişaf xüsusiyyətləri. Soisal dəyişikliklər, siyasiictimai hadisələr, eləcə də xalqımızın millət kimi təşəkkül tapması, milli şüurun yüksəlişi, Azərbaycan dili və mədəniyyətinin inkişaf mərhələləri işıqlandırılmışdır.
V cild
"Azərbaycan tarixi" çoxcildliyinin V cildində XX yüzilliyin son dərəcə mühüm hadisələrlə zəngin olan ilk iki onilliyi işıqlandırılmışdır.
Azərbaycan xalqının bütün həyat sahələrini əhatə edən köklü dəyişiklik-lərin baş verdiyi həmin dövrdə kapitalist istehsal münasibətlərinin iqtisadiy yatda aparıcı mövqe tutması, maarifçiliyə əsaslanan milli özünüdərk və ictimai şüurun milli dövlətçiliyi bərqərar tməklə nəticələnən böyük bir inkişaf mərhələsi keçməsi, ədəbiyyat və mədəniyyətin coşqun inkişafı, sosial-iqtisadi təkamül, cəmiyyətin digər mühüm proses və hadisələri bu cilddə diqqət mərkəzinə çəkilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələnən milli-azadlıq hərəkatından geniş bəhs olunan bu cilddə Cümhuriyyətin müxtəlif sahələrdəki fəaliyyəti və onun süqutuna səbəb olan amillərlə yanaşı, milli dövlət quruculuğunda mühüm tarixi-siyasi əhəmiyyəti də şərh edilir.
VI cild
Bu cilddə Vətən tarixinin mürə kkəb və ziddiyyətli dövrlərindən biri olan 20-30-cu illərin uğurlu və məşəqqətli tarixi hadisələri nəzərdən keçirilir. Sovet hakimiyyətinin qurulması, "milli" dövlət quruculuğu, sənayeləşdirmə və kollektivləşdirmə, mədəni həyat, idarəetmənin zorakılıq, görünməmiş cəza tədbirləri ilə müşayiət olunan inzibati-amirlik sistemi, eləcə də yeni cəmiyyət qurmağın bütün ağırlıqlarını çiyinlərində daşıyan milyonlarla zəhmətkeşin gərgin əmək fəaliyyəti indiyədək öyrənilməmiş arxiv sənədləri və dövri mətbuat materialları əsasında tamvə hərtərəfli şərh olunur.
VII cild
"Azərbaycan tarixi"nin VII cildi Azərbaycanın 1941-ci ilin iyun ayından 2002-ci ilədək olan mürəkkəb, ziddiyyətli tarixi dövrünü əhatə edir. Kitab üç bölmədən ibarətdir. I bölmədə Azorbaycanın İkinci dünya müharibəsi dövrü tarixi, II bölmədə 1945-1991-ci illərdə, xüsusən 1970-ci illərdə və 1980-ci illərin birinci yarısında iqtisadi və mədəni yüksəliş, 80-ci illərin sonlarında başlanan milli oyanış, demokratik hərəkat, III bölmədə isə respublikanın suverenliyinin bərqərarlaşdırılması, müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, ölkənin iqtisadi, siyasi, mədəni inkişafı arxiv sənədləri, dövri mətbuat materialları və mövcud elmi ədəbiyyat əsasında şərh olunur.
Nəşr
redaktəKitabın 1, 2 və 4-cü cildləri 1998, 3-cü cildi 1999, 5 və 6-cı cildləri 2001, 7-ci cildi isə 2003-cü ildə nəşr edilmişdir.
1, 2, 3 və 4-cü cildlər 2007, 5, 6 və 7-ci cildlər isə 2008-ci ildə təkrar nəşr olunmuşdur.
Siyahı
redaktəCild № | Dövr | Məsul redaktor | Şəhər | Nəşriyyat | İl | Səhifə | ISBN | Oxu | Yüklə | Arxiv |
---|---|---|---|---|---|---|---|---|---|---|
I | Ən qədimdən - b.e. III əsri | İqrar Əliyev | Bakı | Elm | 2007 | 520+40 | ISBN 978-9952-448-36-8 | [1] | [2] | |
II | III-XIII əsrin I rübü | Nailə Vəlixanlı | Bakı | Elm | 2007 | 608+24 | ISBN 978-9952-448-34-4 | [3] Arxivləşdirilib 2015-08-02 at the Wayback Machine | [4] | [5] |
III | XIII-XVIII əsrlər | Oqtay Əfəndiyev | Bakı | Elm | 2007 | 692+56 | ISBN 978-9952-448-39-9 | [6] Arxivləşdirilib 2017-02-16 at the Wayback Machine | [7] | [8] |
IV | XIX əsr | Mahmud İsmayılov | Bakı | Elm | 2007 | 504+48 | ISBN 978-9952-448-37-5 | [9] Arxivləşdirilib 2017-02-16 at the Wayback Machine | [10] | [11] |
V | 1900-1920-ci illər | Mahmud İsmayılov Nigar Maksvell |
Bakı | Elm | 2008 | 696+40 | ISBN 978-9952-448-41-2 | [12] Arxivləşdirilib 2017-02-16 at the Wayback Machine | [13] | [14] |
VI | Aprel 1920 - iyun 1941 | Cəmil Quliyev | Bakı | Elm | 2008 | 568+48 | ISBN 978-9952-448-44-03 | [15] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine | [16] | [17] |
VII | 1941-2002-ci illər | Tahir Qaffarov | Bakı | Elm | 2008 | 608+80 | ISBN 978-9952-448-48-1 | [18] Arxivləşdirilib 2017-02-16 at the Wayback Machine | [19] | [20] |