Azerbaycan Respublikasinin Xalq Artisti - Wikipedia
Azərbaycan Respublikasının xalq artisti — Azərbaycan Respublikasında incəsənətin teatr, kino və musiqi sahələrində böyük yaradıcılıq uğurları qazanmış sənətkarlara verilən fəxri ad.
Azərbaycan Respublikasının xalq artisti | |
---|---|
Fəxri adın döş nişanı (2009-cu ildən) |
|
Ölkə | Azərbaycan |
Tip | fəxri ad |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 22 may 1998[a] |
İlk təltif | |
Son təltif | |
Təltif sayı | 296 |
Ardıcıllıq | |
Aşağı mükafat | Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi |
Müvafiqdir | Azərbaycan SSR xalq artisti |
Fəxri adın verilmə üsulu
redaktəAzərbaycan Respublikasının Prezidenti fəxri adı fərdi təşəbbüslə, habelə Milli Məclisin və Nazirlər Kabinetinin təklifi ilə verir.
Fəxri ad adətən Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər.[1] Əsasnaməyə görə, Azərbaycan Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir.[1]
Fəxri ada layiq görülən şəxs aşağıdakı hallarda fəxri addan məhrum edilə bilər[1]:
- fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda
- Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə
Təsis olunması
redaktə"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı ilk dəfə Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibovun 4 may 1991-ci tarixli sərəncamına əsasən təqdim olunmuşdur. Həmin sərəncamla fəxri ad birinci dəfə Nəriman Əzimov, Ofelya Sənani və Roza Tağıyevaya verilmişdir.[2] 1991–1993-cü illərdə fəxri adın verilməsinə davam edilmiş və 24 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən bu praktikaya son qoyularaq onun təqdim olunması dayandırılmışdır. Fəxri ad 22 may 1998-ci ildə hüquqi baxımdan təsis olunmuş və onu 1991–1993-cü illərdə almış şəxslər üçün öz qüvvəsini saxlamışdır.[3]
Döş nişanı və vəsiqəsi
redaktə"Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülən şəxslərə Azərbaycan Respublikasının fəxri adının sertifikatı və döş nişanı verilir. Döş nişanı sinə hissəsinin sağ tərəfində taxılmalıdır.
1998 – 2008 | 2009 – indiyə kimi | |
---|---|---|
Döş nişanı | ||
Fəxri ad vəsiqəsi | ||
Həmçinin bax
redaktəQeydlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Azərbaycan Respublikasının Fəxri adları haqqında ƏSASNAMƏ Arxivləşdirilib 2017-09-23 at the Wayback Machine Qanun.az
- ↑ "Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin və Naxçıvan Muxtar Respublikası kütləvi informasiya vasitələrinin işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.
- ↑ "Azərbaycan Respublikasının fəxri adları haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.