Azerbaycan Cografiya Cemiyyeti - Wikipedia
Azərbaycan Coğrafiya Cəmiyyəti Azərbaycan Coğrafiya Cəmiyyəti | |
---|---|
Azərbaycan Coğrafiya Cəmiyyəti | |
Növü | QHT |
Fəaliyyəti | coğrafi tədqiqatlar |
Yaranma tarixi | 1939 |
Qeydiyyat tarixi | 2002 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Azərbaycan, Bakı, AMEA Coğrafiya İnstitutu |
Yarandığı yer | Azərbaycan |
Fəaliyyət göstərdiyi yer | Azərbaycan |
Prezident | Ramiz Məmmədov (akademik) |
gsaz.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəAzərbaycan Coğrafiya Cəmiyyəti 1939-cu ildə SSRİ Coğrafiya Cəmiyyətinin Azərbaycan filialı kimi yaradılmışdır. 1957-ci ildə Cəmiyyətin I Qurultayında onun nizamnaməsi qəbul edilmişdir. 2002-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yenidən qeydə alınmışdır. Fəalliyəti dövründə cəmiyyətin üzvləri coğrafiya və ona yaxın elm sahələrində fundamental və tətbiqi elmi tədqiqatlar aparmış, Azərbaycanda orta və ali məktəblərdə coğrafiyanın tədrisinin təşkilini təmin etmişlər. Ölkədə təbiəti mühafizə və coğrafi biliklərin geniş təbliği ilə məşğul olmuşlar. Cəmiyyətin rəyasət heyəti, prezidenti, elmi katibi fəalliyət göstərir. Cəmiyyətin prezidenti vəzifəsində uzun müddət akad. M.A.Qaşqay, AMEA müxbir üzvü Q.K.Gül, akad. H.Ə.Əliyev və akad. B.Ə.Budaqov kimi görkəmli alim-ictimai xadimlər çalışmışlar. Hazırda Cəmiyyətin prezidenti AMEA-ın müxbir üzvü, professor R.M.Məmmədovdur.
Fəaliyyət istiqamətləri
redaktəHal-hazırda öz sıralarında ölkəmizin aparıcı coğrafiyacı, ekoloq və digər mütəxəssisləri birləşdirən Azərbaycan Coğrafiya Cəmiyyətinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
-coğrafiya, ekologiya və ona yaxın elm sahələrində çalışan mütəxəssislər arasında koordinasiyaya nail olmaq;
-respublikada coğrafiya, ekologiya, təbii-dağıdıcı proseslər və onların yaratdığı risk və təhlükələrin, proqnozlaşdırılması və qarşısının alınmasının istiqamətində elmi tədqiqatların təşkili;
-təbii və texnogen mənşəli fəlakətlərin coğrafi yayılmasını ölkə, müxtəlif regionlar və rayonlar miqyasında tədqiqini təşkilini, müvafiq dövlət orqanlarını və əhalini bu haqda məlumatlandırılmasını, əhali arasında ekoloji maarifləndirmənin aparılmasının təşkili;
-respublikada coğrafiyanın və ona yaxın elmlərin ali və orta məktəblərdə tədrisinin təkmilləşdirilməsinə və coğrafi-ekoloji biliklərin ölkə ictimaiyyəti arasında yayılmasına kömək göstərmək;
-Xəzər dənizi, onun ekoloji şəraitinin təbii ehtiyatlarının tədqiqinin təşkili və bu haqda biliklərin təbliği;
-Azərbaycanın coğrafiyasına, ekoloji şəraitinə, təbii risk və təhlükələrin tədqiqinə və digər problemlərə aid elmi-praktiki konfransların təşkili, elmi-publisistik jurnalların nəşri, müvafiq filmlərin hazırlanması, vətəni tanımaq və sevmək hisslərinin aşılanması.
Xarici keçidlər
redaktə Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |