Azerbaycan Gurcustan Ittifaq Herbi Surasi - Wikipedia
Azərbaycan–Gürcüstan İttifaq Hərbi Şurası — 1919-cu ildə Azərbaycan-Gürcüstan hərbi müdafiə sazişinə uyğun olaraq iki respublikanın hərbi nazirlikləri tərəfindən yaradılmış (1919, 16 iyun) kollegial orqan.
Haqqında
redaktəHərbi şuraya hər iki respublikanın yüksək rütbəli iki nümayəndəsi daxil edilir və onlardan biri hökumətlərin qarşılıqlı razılığı əsasında sədr seçilirdi. Şurada Azərbaycanı generallar Əliağa Şıxlinski və Məmməd bəy Sulkeviç, Gürcüstanı isə generallar Odişelidze və Kutateladze təmsil edirdilər. General Odişelidze ittifaq hərbi şurasının sədri seçilmişdi. Şuranın səlahiyyətlərinə hərbi əməliyyatların və düşmənin imkanlarının dərinən öyrənilməsi, müdafiə planlarının işlənib hazırlanması, hər iki respublikanın ordusunun döyüş hazırlığı səviyyəsinə nəzarət edilməsi və qoşunların yerləşdirilməsi planının hazırlanması daxil idi. Şuranın strateji və hərbi-texniki qərarları tərəflər üçün icbari idi. Qarşılıqlı razılaşma əldə edilməyən məsələlərin həlli Gürcüstan hökumətinin və Azərbaycan Dövlət Müdafiə Komitəsi sədrinin ixtiyarına verildi.[1]
İstinadlar
redaktə- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 143