Aynisah Sultan - Wikipedia
Aynişah Sultan (1463, Amasya ili – 1514, İstanbul) — 8. Osmanlı sultanı II Bəyazidin qızı.[1]
Aynişah Sultan | |
---|---|
türk. Aynişah Sultan | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1463 |
Doğum yeri | |
Vəfat tarixi | 1514 |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | II Bəyazid |
Anası | Şirin Xatun |
Həyat yoldaşları |
Gödək Əhməd Malkoçoğlu Yəhya Paşa |
Uşaqları |
Nəslihan xanım Sultan Xanzadə xanım Sultan Sultanzadə Zeynəlabidin bəy |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
Həyatı
redaktəAynişah Sultan 1475-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Şirin Xatundur. Uşaqlıq illəri Amasyada keçən Aynişah Sultan və anası 1480-ci ildə Trabzon sancaqbəyi təyin edilən qardaşı Şahzadə Abdullahla birlikdə Trabzona, ertəsi il isə Konyaya yollandı. Qardaşının ölümünədək burada qalan Aynişah Sultan və anası daha sonra Bursaya getdi.
1489-cu ildə Aynişah Sultan atasının istəyilə, Ağqoyunlu sultanı Uzun Həsən Osmanlılara sığınan oğlu Uğurlu Məhəmmədlə bibisi Gövhər Sultanın oğlu Gödək Əhməd bəylə nigahlandı. Bir neçə il sonra Şərqi Anadoluda başlayan taxt mübarizəsinə qatılan Gödək Əhməd qısa müddət hakimiyyətdə qaldıqdan sonra 1497-ci ildə qətlə yetirildi. Bu müddət ərzində İstanbulda qalan Aynişah Sultan müxtəlif xeyriyyə işləriylə məşğul oldu. 1506-cı ildə Fatehdə sübyan məktəbi inşa etdirdi və vəfatından sonra vəsiyyətinə əsasən, bu məktəbin həyətinə dəfn edildi. Anası Şirin Xatunun Muradiyə külliyəsindəki türbəsində dəfn olunan Aynişah Sultan isə qardaşı Şahzadə Abdullahın qızıdır.
Qardaşları və atası arasında başlayan taxt mübarizəsində vasitəçilik etməyəçalışan Aynişah Sultan taxta çıxan ögey qardaşı Yavuz Sultan Səlimə məktub yazaraq onu təbrik etdi. 26 sentyabr 1535-ci ildə İstanbulda vəfat etmişdir.
Övladları
redaktə- Nəslihan xanım Sultan — dayısı Şahzadə Əhmədin oğlu Ələddin Əliylə evlənmişdir.
- Hvandi Sultan — Kastamonu sancaqbəyi Sunullah bəylə evlənmişdir.
- Xanzadə xanım Sultan — 1508-ci ildə Malqoçoğlu Yəhya Paşanın oğlu Bali bəylə evləndi.
- Dərviş bəy
- Sultanzadə Zeynəlabdin bəy
Mənbə
redaktə- Türe, Fatma; Keşoğlu, Birsen Talay (July 12, 2011). Women's Memory: The Problem of Sources. Cambridge Scholars Publishing. p. 63. ISBN 978-1-443-83265-6
- Majer, Hans Georg (2002). Frauen, Bilder und Gelehrte: Studien zu Gesellschaft und Künsten im Osmanischen Reich, Volume 1. Simurg. p. 105. ISBN 978-9-757-17263-5
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
İstinadlar
redaktə- ↑ Yavuz Bahadıroğlu, Resimli Osmanlı Tarihi, Nesil Yayınları (Ottoman History with Illustrations, Nesil Publications), 15th Ed., 2009, ISBN 978-975-269-299-2 (Hardcover).