Avropa Qar Col Sicani - Wikipedia
Avropa qar çöl siçanı (lat. Chionomys nivalis) - (Rodentia) dəstəsindan, az təhlükə altındadır, mühafizəyə baxımlı məməli növü.
Avropa qar siçanı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Avropa qar siçanı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Təsviri
redaktəBədənin uzunluğu 130 - 150 mm, quyruq uzunluğu 60 - 70 mm (orta hesabla quyruq bədənin 50%-ni təşkil edir), yuxarı azı dişlərinin uzunluğu 5.5 — 7.6 mm, aşağı 5.6 — 7.6 mm. M1- 2.5 — 3.05 — 3.4 mm. M3 qısalmışdır. M1 nisbətən uzundur. Rəngi boz-küldən açıq rəng arasında dəyişir. Üst tərəfinin rəngi tünd, tükləri nisbətən coddur. Quyruğun üst hissəsi açıq olub, birrənglidir.
Yayılması
redaktəQafqaz və ona bitişik Asiya sahəsi ilə məhdudlaşmışdır. Avropanın dağlıq hissəsində və Kopet dağında yayılmışdır. Azərbaycanda iki təcrid olunmuş populyasiyası vardır: Kiçik Qafqaz və Talış.
Həyat tərzi
redaktəDağ-çöl, subalp, alp qurşaqlarının qaya, bataqlıqlaşmış çəmən və daş qayaları hissələrində yayılmışdır. Kiçik Qafqaz dağlarında d.s-dən 1500-1600 m hündürlüklərdə, Talış dağlarında isə 1300 m-dən başlayaraq, ən hündür zirvəliklərə qədər rast gəlinir. Bəzi yerlərdə aşağı sərhəddi d.s-dən 900 m-ə qədər aşağı enir.
Azalma səbəbi
redaktəTəbii və antropogen amillər nəticəsində biotopların dəyişkənliyə uğraması bu növün yayıldığı ərazilərdən yaylaq və istirahət yeri kimi istifadə olunması.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəİUCN siyahısına salınmışdır. Mühafizəsi müəyyən olunmayıb.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəEkologiyası öyrənilmədiyinə görə qorunma tədbirləri hələ hazırlanmamışdır.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0