Attestasiya - Wikipedia
Attestasiya – [lat. attestatio – şəhadət, şəhadətnamə, təsdiq] 1)bir şəxsin bilik dərəcəsini, qabiliyyətini və bacarığını təyin etmə; 2)bir şəxsin bilik bacarığı haqqında xarakteristika; 3)işçinin bilik və ya bacarığını yoxlayan komissiyadan keçməsi; 4)vəzifə attestasiyası; 5)işçinin və ya şagirdin ixtisasının, bilik səviyyəsinin müəyyən edilməsi: onun tutduğu vəzifəyə uygun olmasını yoxlamaq üçün aparılır. Bir sıra idarə və təşkilatlarda işçiyə dərəcə, ad, rütbə və s. verildikdə attestasiyadan keçirilməsi tələb olunur; 6)işçinin bilik və ixtisas səviyyəsinin, həmin işçinin tutduğu vəzifəyə, tutmaq iddiasında olduğu yerə müvafiqliyinin müəyyən edilməsi; 7)işçinin ixtisasına müvafiq olaraq ona əmək haqqı kateqoriyasının müəyyən edilməsi; 8)sorğu, xasiyyətnamə.
Ədəbiyyat
redaktəƏliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.