Astrabad Beylerbeyliyi - Wikipedia
Astrabad bəylərbəyliyi— Səfəvilər dövlətinə bağlı bölgələrdən biri.
Səfəvilər dövlətinin bayrağı
və gerbi |
Əyalət | |||
Astrabad bəylərbəyliyi | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Astrabad | ||
Rəsmi dilləri | Azərbaycan dili, mazandaran dili | ||
Bəylərbəyi | |||
• 1513-1527 | Zeynal xan Şamlı (ilk) | ||
Tarixi | |||
• 1501 | Yaranması | ||
• 1736 | Səfəvilərin sonu |
Tarixi
redaktəBəylərbəyiliyinin mərkəzi Astrabad şəhəri idi. Əyaləti əsasən Qacar elinin nümayəndələri idarə edirdilər.
Hicri 932 (1526)-ci ildə Durmuş xanın vəfatından sonra Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular.[1] Hicri 933 (1527)-cü ildə qızılbaşlar Bistam yaxınlığında yenidən məğlubiyyətə uğradılar. Özbəklər Astrabadı tutdular.[2]
Übeydulla xanın Xorasana yürüşləri bir nəticə vermədi. Səfəvilər bu mühüm vilayəti öz əllərində saxlayaraq özbəklərin bütün basqınlarını dəf etdilər. Deməli, Səfəvilər dövlətinin qərb cəbhəsində Osmanlı türklərinə qarşı olduğu kimi, özbəklər əleyhinə də hərbi əməliyyatları müdafiə xarakteri daşıyırdı. Özbək xanları özlərinin basqınları zamanı bir neçə dəfə Astrabad ərazisinə qədər gəlib çıxmış, dəfələrlə Xorasanın paytaxtı, Səfəvilər dövlətinin ən böyük şəhərlərindən biri olan Heratı almışdılar. Burada özbəklərin müvəffəqiyyətləri xeyli dərəcədə onunla bağlı idi ki, yerli tacik əhalinin istər feodal əyanları, istərsə də kəndliləri amansız zülm və zorakılığa yol vermiş qızılbaş hakim dairələrinə düşməncəsinə münasibət bəsləyirdilər. 1535-1536-cı illərin Herat üsyanının nümunəsində gördüyümüz kimi, bu düşmənçilik bəzən öz zülmkarlarına qarşı açıq xalq çıxışı şəkli alırdı.
1550-ci ildə Astrabad ərazisində türkmən mənşəli yaka tayfasının mərkəzi hakimiyyətə qarşı üsyanı Səfəvilərin bu basqınlarla mübarizəsini mürəkkəbləşdirmişdi. Üsyana əyan ailəsindən olan Aba adlı gənc rəhbərlik edirdi. O, şah qoşunları ilə mübarizədə kömək üçün özbək xanlarına dəfələrlə müraciət etmiş və onların qoşunları köməyə gəlmişdilər. Yalnız 1558-ci ildə (Aba xaincəsinə öldürüldükdən sonra) üsyan yatırıldı.[3]
İnzibati bölgüsü
redaktəMahalları
redaktəNahiyələri
redaktəHakimləri
redaktə- Zeynal xan Şamlı
- Məhəmməd xəlifə Hacılar-Zülqədər
- Əlqas Mirzə
- Seyid bəy Şeyxavənd
- Sədrəddin xan Ustaclı
- Şahəli sultan Ustaclı
- Şahqulu sultan Ustaclı
- Keçəl Şahverdi
- Fərhad xan Qaramanlı
- Hüseyin xan Ziyadoğlu Qacar
- Yusif xan (şair)
- Firudin xan Çərkəz
- Behbud bəy Çərkəz
- Xosrov xan Çərkəz
- Qazaq xan Çərkəz
- Huseyn xan ibn Zaman bəy mazandarani
- Mehrab xan
- Allahverdi xan
- Cəmşid xan
- Cəfərqulu xan
- Məhəmməd xan
- Kəlbəli bəy
- Aslan xan Dağıstani
- Rüstəm Məhəmməd xan Sədli
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Həsən bəy Rumlu, Əhsən ət-təvarix, səh. 196.
- ↑ Həsən bəy Rumlu, Əhsən ət-təvarix, səh. 201-202.
- ↑ İskəndər bəy Münşi, Tarixi-aləm-arayi-abbasi, Bakı, Təhsil, 2009