Aslan Ilyasov - Wikipedia
Aslan Mikayıl oğlu İlyasov (22 may 1948, Salyan, Azərbaycan SSR – 20 dekabr 2013, Bakı, Azərbaycan) — azərbaycanlı qarmon ifaçısı.
Aslan İlyasov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Salyan, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Salyan, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Fəaliyyət illəri | 1963—2013 |
Musiqi aləti | qarmon |
Həyatı
redaktəAslan İlyasov 1948-ci ildə may ayının 22-də Salyan şəhərində anadan olub.[1] 15 yaşından başlayaraq Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi işə başlayıb. 1980-ci ildə Bakı şəhəri Azərbaycan Konsert Birliyinə Solist kimi fəaliyyətini davam etdirib. 1990-cı ildə Azərbaycan Mədəniyyət Evinə solist kimi daxil olub.
2005-ci ildən M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib.
Qarmon ifaçısı Aslan İlyasov həmçinin özünün yazdığı "Aslanı" rəqsi ilə də tanınmışdır.
Musiqiçinin Azərbaycan Dövlət Televeziya və Radiosunun videoteka və fonotekasında ifa etdiyi 30-a yaxın musiqinin lentyazıları saxlanılır. Onun 20-yə yaxın bəstələdiyi rəqslər vardır
İfaçının 1994-cü ildə Tehran şəhərində kompakt kaseti satışa buraxılıb.
20 dekabr 2013-cü ildə uzun və ağır sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.[2]
İstinadlar
redaktə- ↑ "Aslan İlyasov Mikayıl oğlu". 2013-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-17.
- ↑ "Məşhur qarmon ifaçısı Aslan İlyasov vəfat etdi". 2013-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.
3. Aslan İlyasovun musiqilərini bütün platformalarda Mübariz İlyasov paylaşır