Askalaf Aresin Oglu - Wikipedia
Bu səhifədə iş davam etməkdədir. |
Askalaf (q.yun. Ἀσκάλαφος; hərf. uçub keçən gecə quşu[3]; lat. Ascalaphus) — qədim yunan mifologiyasında personaj, müharibə tanrısı Aresin oğlu, Orxomen padşahı, arqonavt. O, Troya müharibəsi zamanı ordusu ilə yunanlara qoşulmuşdur. Homerin "İliada" əsərinə görə, Askalaf burada Troya şahzadəsi Deifob tərəfindən öldürülmüşdür.
Askalaf | |
---|---|
Cinsi | kişi[d] |
Atası | Ares[1][2] |
Mənşəyi
redaktəAskalaf Ares və Astioxanın oğlu idi. O, Minya Orxomeninin padşahı olmuşdur. Aleksey F. Losev vurğulamışdır ki, Askalaf atasına xas cilovsuzluq, vəhşilik və qəddarlıq xüsusiyyətlərini nümayiş etdirmişdir. Psevdo-Apollodor Askalaf və onun qardaşı İalmeni Lik və Pernidanın oğulları, Arqolida yerliləri adlandırmışdır. Mifin bu cür interpretasiya edilməsi başqa heç bir yerdə müşahidə edilməmişdir. Lukian Aresin Askalafın atası olması mifinin rasional şərhini vermişdir. Onun fərziyyələrinə görə, Askalaf Ares tərəfindən himayə olunurdu və buna görə də o, ilahi mənşəyə malik bir şəxs hesab olunurdu. Tarixçi Lev S. Kleyn "Askalaf" və tibb tanrısı "Asklep"in adlarında oxşarlıq tapmışdır. O, bu əsasda qədim Yunanıstanda arxaik dövrdən əvvəlki vaxtlarda müəyyən bir tanrının mövcudluğu haqqında fərziyyə irəli sürmüşdür. Bu tanrının obrazı Apollonun oğlu Asklep və Aresin oğlu Askalafa bölünmüşdü. Onların hər ikisi yaralarla bağlıdır, çünki biri yaraları sağaldır, digəri isə yaraları yaradır.
Psevdo-Apollodorun yazdıqlarına görə, Askalaf Qızıl yun uğrunda Arqolidadan Kolxidaya səfər edən Yason və digər personajlara qoşulmuşdur. Askalaf Yelena ilə evlənməyə namizəd olan onlarla insandan biri idi. Yelenanı övladlığa götürmüş atası, Sparta padşahı Tindarey çətin seçim qarşısında qalmışdı. Bir çox məşhur döyüşçülərdən, padşahlardan və tanrı oğullarından Yelenanın həyat yoldaşına çevriləcək bir dost və onlarla qəzəbli düşmən əldə edə bilərdi. Odisseyin məsləhəti ilə Tindarey bütün bu insanları Yelenanın gələcək həyat yoldaşını tanımaq üçün and içməyə, ən əsası isə təhlükə və təhqir zamanı ona köməyə gəlməyə məcbur etmişdir. Sonda Menelay Yelenanın həyat yoldaşı olmuşdur, lakin Askalaf Tindareyə verdiyi anda görə özünü ömürlük borclu hala gətirmişdi. On il sonra Troya şahzadəsi Paris ilahə Afroditanın köməyi ilə Yelenanı oğurlayan zaman Askalaf və ordusu Troya şəhərini fəth etmək üçün yola çıxan axey ordusuna qoşulmağa məcbur qalmışdır.
Troya müharibəsi
redaktəAskalaf ilk dəfə Homerin "İliada" əsərində qardaşı İalmen ilə birlikdə Miniya Orxomeni və Aspledondan Troya şəhərinə 30 gəmi gətirən bir personaj kimi xatırlanmışdır. Tarixçilər Askalafın qeyd olunduğu "İliada"nın "Gəmilər kataloqu" fraqmentini təhlil edən zaman onun "gecikmiş" təbiətinə vurğu etmişdilər. Bir versiyaya görə, Askalafın komandanlığı altında olan orxomenlilər beotiyalılar ilə fokidalılar arasında yerləşirdilər. Poemanın mətninin bir qədər növbəti hissələrində qeyd edilmişdir: "Hər iki lider Fokida milislərinin sıralarını düzdülər / Beotiyalıların yanında, sol cinahda, döyüşə silah aldılar". Mətndə elə göstərilmişdir ki, sanki onların arasında orxomenlilər yox idi. Bu əsasda tarixçilər belə qənaətə gəlmişdilər ki, Askalaf və İalmənin ordusunu haqqında hissələr orijinal mətnə sonradan daxil edilmişdir.
Astronomiyada
redaktəAskalaf adına Yupiter ətrafında yerləşən Troya asteroidi 21 yanvar 1988-ci ildə Palomar Rəsədxanasında ABŞ astronomları Karolin və Yucin Şumeyker tərəfindən kəşf edilmişdir.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Любкер Ф. Ascalaphus (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 166.
- ↑ MANTO (ing.).
- ↑ Gundel, 1914
Ədəbiyyat
redaktə- Аполлодор. Мифологическая библиотека. Л.: Наука. Перевод, заключительная статья, примечания, указатель В. Г. Боруховича. 1972.
- Аристотель. Peplus // Fragmenta Aristotelis. Parisiis: Editore Ambrosio Firmin Didot. collegit, disposuit, illustravit Şablon:Нп5. 1869.
- Гигин. Мифы. Античная библиотека. СПб.: Алетейя. Пер. с лат., комм. Д. О. Торшилова; под общ. ред. А. А. Тахо-Годи. 2000. ISBN 5-89329-198-0.
- Гомер. [[Илиада]]. Л.: Наука. Ленингр. отд-ние,. Пер. Н. И. Гнедича; Изд. подгот. А. И. Зайцев; Отв. ред. Я. М. Боровский. 1990. ISBN 5-02-027982-Х.
- Диктис Критский. Дневник Троянской войны. Книги V—VI // Вестник древней истории. Вступительная статья, перевод с латинского и комментарии В. Н. Ярхо. № 4 (247). 2003. 247—262.
- Лукиан Самосатский. Об астрологии // Сочинения. Античная библиотека. Античная литература. 2. СПб.: Алетейя. Общая редакция А. И. Зайцева. 2001. ISBN 5-89329-314-2.
- Павсаний. Описание Эллады. СПб.: Алетейя. Пер. и примеч. С. П. Кондратьева; под ред. Е. В. Никитюк. Ответ. ред. проф. Э. Д. Фролов. 1996. ISBN 5-89329-006-2.
- Ахутин А. В. Эпический исход // Mathesis. Из истории античной науки и философии. М.: Наука. Ответственный редактор доктор философских наук И. Д. Рожанский. 1991. ISBN 5-02-008159-0.
- Клейн Л. С. Анатомия «Илиады». СПб.: Издательство С.-Петербургского университета. 1998. ISBN 5-288-01823-5.
- Клейн Л. С. Каталог кораблей: структура и стратиграфия // Stratum plus. Археология и культурная антропология. № 3. 2000. 17—51.
- Лосев А. Ф. Арес // Мифы народов мира. М.: Советская энциклопедия. Главн. ред. С. А. Токарев. 1980. 85.
- Ярхо В. Н. Елена // Мифы народов мира. М.: Советская энциклопедия. Главн. ред. С. А. Токарев. 1980. 356–358.
- Ярхо В. Н. Троянская война // Мифы народов мира. М.: Советская энциклопедия. Главн. ред. С. А. Токарев. 1980. 999–1001.
- Şablon:Публикация
- Şablon:Публикация
- Şablon:Публикация