Ares - Wikipedia
Ares — Yunan mifologiyasında cəsarət və müharibə ilahı. Zevs və Heranın oğludur. Simvolu kərkəsdir.
Ares | |
---|---|
q.yun. Ἄρης | |
| |
Mifologiya | Qədim Yunan |
Təsir sahəsi | müharibə |
Adının izahı | Müharibə tanrısı |
Yunanca adı | Ἄρης,[Áris] |
Cinsi | kişi[d] |
Atası | Zevs |
Anası | Hera |
Qardaşı və bacısı | Erida[1][2] |
Uşaqları | |
Atributlar | Məşəl, it, kərkəs, qılınc, qalxan, dəbilqə |
Digər mədəniyyətlərdə | Mars |
Vikianbarda əlaqəli mediafayllar |
12 Olimp ilahından biridir. Afrodita ilə sevgi macəraları ilə məşhurdur. Qədim Roma mifologiyasında Mars kimi tanınır. Spartalılar ona sitayiş edir, afinalılara qarşı onlara kömək etməsini istəyirdilər.
Ares və Afrodita
redaktəApollon Ares və Afroditanı sekslə məşğul olarkən gördü. Apollon bunu Afroditanın əri Hefestə xəbər verdi. Onları bu vəziyyətdə görən Hefest onları biabır etmək qərarına gəldi. Olimpə gedib ilah və ilahələri bu cütlüyü görməyə dəvət etdi. İlahələr utanaraq bundan imtina etdi, ancaq ilahlar bunu görməyə getdi. Bəziləri Afroditanın gözəlliyindən danışdı, digərləri Ares ilə həvəslə yer dəyişdirmək istədi. Bununla belə, hamı ikisini qınadı və ələ saldı. Cütlük sərbəst bıraxılandan sonra Ares vətəni Trakiyaya, Afrodita isə Bafa getdi.
Ares və Troya
redaktəİstinadlar
redaktə- ↑ Любкер Ф. Ἔρις (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 495.
- ↑ И. Ш. Эрида (rus.). // Энциклопедический словарь Гранат 7 Александр Наумович Гранат, 1910. Т. 54.