Araz Xan Rumlu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Araz xan Rumlu — qızılbaş sərkərdəsi, Şirvan bəylərbəyi.
Araz xan Rumlu | |
---|---|
1567 – 1578 | |
Əvvəlki | Abdulla xan Ustaclı |
Sonrakı | Məhəmməd xəlifə Zülqədər |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Şirvan |
Dini | Şiə İslam |
Rütbəsi | general |
İsgəndər Münşinin verdiyi məlumatda II Şah İsmayılın hakimiyyəti dövründə Əbu Turab sultanın da qısa müddət ərzində Şirvanda hakimiyyətdə olduğu göstərilir. Sultan Məhəmməd (1578-1587) hakimiyyətə keçdikdən sonra isə Araz sultan Rumlu yenidən Şirvana qaytarılır. Şirvanın Ərəş mahalının idarəsi isə II Şah İsmayılın dövründə həbsə alınmış Ərdoğdu xəlifə Təkəliyə, Şəki əyaləti isə İsa xana tapşırılmışdı. Rumlu əmirlərindən bir neçə nəfərinə də Şirvanda ulkalar verilir. Araz Sultan Rumlu Şirvana yenidən öz vəzifəsinə qaytarıldıqda, Əbubəkr Mirzənin başçılığı ilə qiyam baş vermiş və Osmanlı ordusu Şirvana hücum (1578) edib, Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad və Salyanı tutur. Şirvan bəylərbəyi Araz xan Rumlu müqavimət göstərməyin mənasız olduğunu bilərək Kür çayına doğru geri çəkilir. Hadisələrin sonrakı gedişi haqqında İsgəndər bəy Münşi yazır: «Rumlu tayfası neçə il Şirvanda tam rahat yaşayıb çoxlu mal-dövlət topladılar. Amma ruzigarın onlara gözü dəydi. Əksər yüksək rütbəli şəxsiyyətlər qətlə yetirildi, malları talan edildi. Araz xan Rumlu Şirvan döyüşlərində düşmən tərəfindən əsir alındı».