Aqqlyutinasiya - Wikipedia
Aqqlyutinasiya - Haqqında Məlumat
Aqqlyutinasiya — psixoloji termindir. Real həyatda biri-biri ilə birləşməyən müxtəlif keyfiyyətləri, xassələri, hissələri birləşdirilərək yeni bir surətin yaradılması prosesidir. Məsələn, su pərisi surətinin yaradılması prosesi real həyatda birləşməsi mümkün olmayan qadının başı və balığın gövdəsi kimi hissələrin birləşdirilməsi əsasında baş verir. Çoxəlli ilahələrin, yeddibaşlı əjdahaların obrazlarının yaradılması da sintezləşdirmənin aqqlyutinasiya deyilən tərzinin köməyi ilə edilmişdir.
Mənbə
redaktə- "Psixologiya" S. İ. Seyidov və M. Ə. Həmzəyev.
- "Təhsil sistemində psixoloji xidmətin elmi-nəzəri əsasları".
- "Психология"(Книга 1) Р.С.Немов.