Anna Qolubkina - Wikipedia
Anna Semyonovna Qolubkina (rus. Анна Семёновна Голубкина; 28 yanvar 1864, Zaraysk, Ryazan quberniyası - 7 sentyabr 1927, Zaraysk, Moskva vilayəti) — rus heykəltaraş. Şərəfinə Venerada krater adlandırılıb.
Anna Qolubkina | |
---|---|
rus. Анна Голубкина | |
Doğum adı | Anna Semyonovna Qolubkina |
Doğum tarixi | |
Doğum yeri | Zaraysk, Ryazan quberniyası |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Zaraysk, Moskva vilayəti |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
Moskva rəssamlıq, heykəltaraşlıq və memarlıq məktəbi İmperator Rəssamlıq Akademiyası |
Stillər |
impressionizm simvolizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAnna Qolubkina 1864-cü ildə Ryazan quberniyasının (hazırda Moskva vilayəti) Zaraysk şəhərində anadan olmuşdur. 25 yaşında ikən Moskvaya getmiş və Anatoli Qunst tərəfindən təşkil edilmiş Qunst İncəsənət Məktəbinə (1889—1890-cı illər) daxil olmuşdur. Həmin məktəbdə Qolubkinanın bacarığını məşhur heykəltaraş və pedaqoq Sergey Volnuxin kəşf edir. Bir neçə il Moskva rəssamlıq, heykəltaraşlıq və memarlıq məktəbində təhsil alır. Ardınca Peterburqa köçür və 1894-1895-ci tədris ilində həvəskar dinləyici kimi Rəssamlıq Akademiyasında Vladimir Beklemişevin sinfində iştirak edir. 1895-ci ilin yayında Parisə gedərək, özəl Kolarossi Akademiyasında olur. 1897-ci ildə Rusiyaya qısamüddətli qayıdışından sonra Kamilla Klodelin yerinə keçərək, Ogüst Rodenin assistenti olur və onun əsərlərinin əl və ayaqları üzərində çalışır. Bu dövrdə onun "Qarı", "Alov", "Duman" kimi əsərləri meydana gəlir. "Qarı" əsərində heykəltaraş "Düşünən adam" əsərindən bəhrələnmişdir.
1901-ci ildə Moskvaya qayıtmışdır. 1904-1906-cı illərdə Moskva ticarət məktəbində, 1913-1916-cı illərdə Preçisten işçi kurslarında və 1918-1922-ci illərdə isə Ali Bədii-Texniki Emalatxanalarda (rus. ВХУТЕМАС) dərs demişdir. "Heykəltaraşlıq sənəti haqqında bir neçə söz" kitabının müəllifidir.
Ən məşhur rus qadın heykəltaraşlardan biri olan Anna Qolubkinanın işlədiyi bir çox əsərlər dəzgah heykəltaraşlığının klassikasına çevrilmişdir. Onun işləri ən böyük muzey və nadir kolleksiyalarda (Tretyakov qalereyası, Rus Muzeyi və s.) saxlanılır. Qolubkina öz əsərlərində əməkçi insanların obrazını yaratmış ilk heykəltaraşlardan olub.
Rusiyada Karl Marksın ilk heykəltaraşlıq portretini də məhz Qolubkina hazırlamışdır.
Ömrünün son illərində tez-tez vətəninə qayıdırdı. Zarayskda vəfat etmiş və həmin şəhərin qəbiristanlığında dəfn olunmuşdur.
Xatirəsi
redaktə1985-ci ildə Hindistanda yerləşən Beynəlxalq Astronomiya İttifaqının qurultayında Venerada yerləşən böyük kraterlərin birinə Qolubkinanın adının verilməsi barədə qərar qəbul olunub.[1] Hazırda Zaraysk şəhərində Qolubkinanın ev muzeyi fəaliyyət göstərir. 1999-cu ildə muzeydə heykəltaraşın Yuri İvanov tərəfindən işlənilmiş abidəsi qoyulub.[2] 21 may 1934-cü ildə Moskva şəhərində açılmış[3] Qolubkinanın muzey-emalatxanası Tretyakov qalereyasının filialı kimi fəaliyyət göstərir.
Əsərləri
redaktə- "Üzgüçü" (rus. Пловец; 1886)
- "Dəmir" (rus. Железный; 1897)
- "Qocalıq" (rus. Старость; 1897)
- "Duman" dekorativ güldanı (rus. Декоративная ваза «Туман»; 1899)
- "İşçi" (rus. Рабочий; 1900)
- "M.Y. Lermontovun portreti" (rus. Портрет М. Ю. Лермонтова; 1900—1901)
- "Alov" (rus. Огонь; bürünc, 1900—1901)
- "Gələn insan" (rus. Идущий человек; 1903)
- "K. Marksın portreti" (rus. Портрет К. Маркса; 1905)
- "Nina" (rus. Нина; mərmər, 1907)
- "Ana və uşaqları" (rus. Мать и дети; mərmər, 1908)
- "Qarı" (rus. Старая; mərmər, 1908)
- "Qul" (rus. Раб; 1909)
- "Y.D. Nikiforovanın portreti" (rus. Портрет Е. Д. Никифоровой; mərmər, 1909)
- "Hiyləgər" (rus. Лисичка; 1909)
- "Arabaçı" (rus. Ломовик; ağac, 1909)
- "İnsan" (rus. Человек; gips, 1909)
- "Yazıçı A.M.Remizovun portreti" (rus. Портрет писателя А. М. Ремизова; 1910)
- "İki" (rus. Две; mərmər, 1910)
- "Gölməçə" (rus. Лужица; bürünc, 1910)
- "Dalğınlıq" (rus. Задумчивость; gips, 1910)
- "Uşaqlar" (rus. Дети; gips, 1910)
- "Uçuş" ("Quşlar") (rus. Полет (Птицы); gips, 1910)
- Kariatidalar (rus. Кариатиды; ağac, 1911)
- "Oturan insan" (rus. Сидящий человек; gips, 1912)
- "Tozağacı" (rus. Березка; 1927)
- "L.N. Tolstoyun portreti" (rus. Портрет Л. Н. Толстого; 1927)
Şəkil qalereyası
redaktə-
"Üzgüçü" (1886)
-
"Qocalıq" (1898)
-
"Duman" güldanı (1899)
-
"Hiyləgər" (1902)
-
"A.N. Tolstoyun portreti" (1911)
-
Kariatidalar (1911)
-
"Y. Nosova" (1912)
-
"Tozağacı" (1927, müəllifin son işidir)
İstinadlar
redaktə- ↑ Interfax. "Древний город в 160 км от Москвы" (rus). Interfax. 18.11.2008. 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.
- ↑ "Н. Шугай. Дом скульптора А. С. Голубкиной". 2009-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.
- ↑ tretyakovgallery.ru. "МУЗЕЙ-МАСТЕРСКАЯ А.С.ГОЛУБКИНОЙ" (rus). Tretyakovgallery. 2017. 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.
Ədəbiyyat
redaktə- А. С. Голубкина. Письма. Несколько слов о ремесле скульптора. Воспоминания современников.- М. : Советский художник, 1983.
- Каменский А. А. Анна Голубкина: Личность. Эпоха. Скульптура. — М.: Изобразительное искусство, 1990.
- Каменский А. Рыцарский подвиг: Книга о скульпторе Анне Голубкиной. М., 1978
- Добровольский О. М. Голубкина. — М.: Молодая гвардия, 1990. — 352, [32] с. — (Жизнь замечательных людей. Серия биографий. Вып. 707). — 150 000 экз. — ISBN 5-235-00787-5.
- Русские художники. Энциклопедический словарь. Ю. Я. Герчук, И. А. Башинская, Т. Б. Вилинибахова и др. — М. : Азбука, 2000. ISBN 5-267-00064-7
- Калугина О. В. Скульптор Анна Голубкина: Опыт комплексного исследования творческой судьбы: монография. — М.: Галарт, 2006. — 248 с. — ISBN 5-269-01043-7. — Библиогр.: с. 228—237. — Имен. указ.: с. 239—241. — Прил.: с. 245.
- Рецензия М. Волошина на выставку Товарищества московских художников см.: Русская художественная летопись (прил. к «Аполлону»), 1911, февр., No 4, с. 62—63.
- Волошин М. А. С. Голубкина. Впервые опубликовано в журнале «Аполлон» (1911, No 6, с. 5—12); на вкладках этого номера «Аполлона» помещены фотографии скульптур Голубкиной.
- Чулков Георгий. Годы странствий: Из книги воспоминаний. М., 1930, с. 205.
- Машковцев Н. О современном скульпторе (По поводу выставки А. С. Голубкиной). — Сев. записки, 1915, No 3, с. 98.
- Булгаков С. Тихие думы. М., 1918, с. 57 (у С. Н. Булгакова в статье «Тоска», посвященной выставке Голубкиной 1914—1915 гг.: «…её творчество <…> исполнено той высшей, правой тоски, которая есть всегда преодолеваемая основа радости»)
- Россций [А. М. Эфрос]. А. С. Голубкина (выставка скульптур). — Рус. ведомости, 1915, 10 янв.).
- Врангель Н. История скульптуры. М., [1909], с. 402.
- Ефимов Иван. Об искусстве и художниках. М., 1977, с. 188
Xarici keçidlər
redaktə- Биография Голубкиной на сайте «Хронос».
- Татьяна Галина. Московские страницы творчества А.С. Голубкиной. Журнал «Третьяковская галерея», #2 2014 (43)
- Ирина Капранова. Рельефы Анны Голубкиной. Между скульптурой и живописью. Журнал «Третьяковская галерея», #2 2014 (43)
- Анна Голубкина. Письмо к Огюсту Родену