Ani Korpusu - Wikipedia
Ani körpüsü (və ya İpək Yolu körpüsü) — Türkiyə Cümhuriyyətinin Qars ilinin Ani şəhər xarabalığında, Arpaçayın üstündə, Türkiyə-Ermənistan sərhəddində olan tarixi abidə. Körpünün yarısı Türkiyə Cümhuriyyəti ərazisində, yarısı isə Ermənistan Respublikası ərazisindədir.
Ani körpüsü | |
---|---|
40°30′00″ şm. e. 43°34′12″ ş. u.HGYO | |
Ölkə | Türkiyə/ Ermənistan |
Şəhər | Qars |
Yerləşir | Ani |
Aidiyyatı | Böyük ipək yolu |
Tikilmə tarixi | X - XI əsrlər |
Üslubu | Erməni memarlığı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bəzi mütəxəssislər abidəni X–XI əsrlərə aidb edirlər, bu isə körpünün erməni Baqratilər (əslində Baqratilər sülaləsi yəhudi mənşəli sülalə olmuşdur) xanədanının hakimiyyəti dövründə inşa edilməsi anlamına gəlir, lakin ətraf ərazidən tapılmış bir kitabə burada XIII–XIV əsrlərdə inşaat işlərini aparılmasından xəbər verir.
Körpü tək aşırımlı olmuşdur və həmin aşırım da çökmüşdür. Körpüdən dövrümüzə iki dayaq hissə — ayaqlar qalmışdır ki, onların da biri Türkiyə, digəri isə Ermənistan ərazisindədir.