Anatoli Quskov - Wikipedia
Anatoli Mixayloviç Quskov (3 sentyabr 1914[1], Moskva – 23 dekabr 2005[1], Moskva) — Azərbaycan SSR daxili işlər naziri (1953–1954), Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1954–1956).
Anatoli Quskov | |
---|---|
5 iyun 1954 – 27 oktyabr 1956 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Fyodor Kopılov |
11 avqust 1953 – 25 mart 1954 | |
Əvvəlki | Stepan Yemelyanov |
Sonrakı | Andrey Bulıqa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 sentyabr 1914[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 23 dekabr 2005[1] (91 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi lider[d] |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Rütbəsi | general-mayor |
|
|
Təltifləri |
Həyatı
redaktə3 sentyabr 1913-cü ildə Moskva şəhərində anadan olmuşdur. Milliyyətcə rusdur. 1939-cu ildən daxili işlər və dövlət təhlükəsizlik orqanlarında çalışmışdır. Böyük Vətən Müharibəsinin başlanmasından sonra hərbi əks-kəşfiyyat istiqaməti üzrə, 1942-ci ildən isə SSRİ Xalq Daxili İşlər Komissarlığının hərbi əks-kəşfiyyat qüvvələrində fəaliyyət göstərmişdir. 1951–1953-cü illərdə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin aparatında işlədikdən sonra, daxili işlər və dövlət təhlükəsizlik orqanlarında fəaliyyətini bərpa etmişdir. 8 avqust 1953-cü ildən 26 aprel 1956-cı ilə qədər Azərbaycan SSR hüquq-mühafizə orqanlarına (1953–1954-cü illərdə daxili işlər naziri, 1954–1956-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri) rəhbərlik etmişdir.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Петров Н. В. Кто руководил органами госбезопасности: 1941—1954 (rus.). Мемориал, 2010. ISBN 966-95519-0-0
- ↑ "Arxivlənmiş surət". 2012-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-15.