Anatoli Demyanenko - Wikipedia
Anatoli Vasilyoviç Demyanenko (ukr. Анатолiй Васильович Дем'яненко, 19 fevral 1959[1], Dnepr[2]) — keçmiş ukraynalı futbolçu və futbol məşqçisi. SSRİ milli futbol komandasında çıxış etmiş, uzun müddət "Dinamo Kiyev"in kapitanı olmuşdur. Beynəlxalq idman ustası (1980), SSRİ-nin əməkdar idman ustasıdır (1986).
Anatoli Demyanenko | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Анатолiй Дем'яненко | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | "Mulya" | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 19 fevral 1959[1] (65 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Ukrayna | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 179 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 74 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | müdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | klubsuz | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Kiyev Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.
Bioqrafiya
redaktə19 fevral 1959-cu ildə Dnepropetrovskda anadan olmuşdur. Uşaq ikən hokkey və futbolu eyni dərəcədə yaxşı oynayıb. Dnepr məktəbinin şagirdi olub (1971–1975). İlk məşqçiləri Mixail Kolomoets və Volodimir Anufrienko olub.
"Mulya" ləqəbi Demyanenkoya uşaqlıqda qoyulub — yuxarı mərtəbədə yaşayan, soyadı Muravski və həyətdəki ləqəbi Murik olan qonşu, Anatolinin böyük qardaşını ziyarətə gəlib. Anatoli o zaman "r" hərfini tələffüz etməmiş və onu "Mulik" və "Mulya" adlandırıb[3]..
Premyer Liqada ilk matçına 18 may 1978-ci ildə "Dnepr"in heyətində "Kayrat"la səfər matçında çıxıb (0:1, 90 dəqiqə oynayıb). 1978-ci ildə 20 oyun keçirib və 1 qol vurub ("Zenit"in qapısına).
Demyanenko, Sovet İttifaqın müxtəlif milli komandalarına çağrılıb. 23 oktyabr 1981-ci ildə əsas yığmada Türkiyə milli komandasına qarşı debüt edib. SSRİ millisi həmin oyunda 4:0 hesabı ilə qalib gəlib və bu matçda həmçinin Demyanenko da qol vurub. O vaxtdan bəri Anatoli SSRİ millisinin aparıcı oyunçusu olmuşdur.
1984-cü ilin sonunda, atasının xəstələnməsi səbəbindən Demyanenko yenidən Dneprə köçmək niyyəti oldu, lakin Lobanovskinin inadına görə Kiyevdə qalıb. 1985-ci ildə "Futbol-Hokkey" həftəlik jurnalının versiyasına görə SSRİ-nin ən yaxşı futbolçusu olmuşdur.
1986–1990-cı illərdə "Dinamo" Kiyev klubunun kapitanı olub. Demək olarki mövsümlərin hamısında çıxış edib — yalnız 5 aprel 1989-cu ildə "Pamir" Düşənbə ilə oyunda ayaq biləyi zədələnib və mövsümün sonuna qədər oynaya bilməyib.
Demyanenkoya meydanın sol tərəfindəki yorulmaz işinə görə "iki ürəkli" futbolçu deyilib. Hücumla aktiv əlaqələri tez-tez onun qol vurmasına səbəb olub.
1991-ci ildə Almaniyanın [[Maqdeburq FK|"Maqdeburq" komandası ilə müqavilə bağlayıb. Komandaya 2. Bundesliqaya vəsiqə qazanmaq tapşırığı verilmişdi, amma həmin tapşırıq yerinə yetirilə bilmədi. Müqavilənin şərtlərinə görə, bu vəziyyətdə onun xidmətləri rədd edildi, çünki klubun yarı-peşəkar statusu Demyanenkoya müqavilədə göstərilən məbləğləri ödəməyə imkan vermədi[4]. Bundan sonra Anatoli Kiyevə qayıdıb, burada bir müddət "Dinamo" ilə məşq edib. Tezliklə Polşanın "Vidzev" klubundan dəvət aldı və 1991-ci ilin yayında bu klub ilə müqavilə imzaladı. Yeni komandada əvvəlcə yarımmüdafiəçi kimi oynayıb, lakin daha sonramüdafiəçi mövqeyinə keçib. "Vidzev"də ayda 5 min dollar maaş alırdı. Müqavilə 1993-cü ilin sonunadək bağlansa da, maddi çətinliklər səbəbindən komanda 1991/92 mövsümünün sonunda müqaviləni ləğv etmək qərarına gəldi.
1992-ci ilin yayında "Dinamo"ya qayıdıb və klub ilə avrokubok matçlarında iştirak edib.
Məşqçilik karyerası
redaktəOyunçu karyerasını başa vurduqdan sonra məşqçilik ilə məşğul olub. Əvvəlcə Viktor Kolotov onu "Borisfen"də köməkçi olmağa dəvət edib. Bir müddət sonra Qriqori Surkis, o zaman "Dinamo"nu qəbul edən Yojef Sabonun təklifi ilə Demyanenkonu Sabonun köməkçisi olaraq doğma klubuna dəvət edib. 2005-ci ilə qədər "Dinamo"da məşqçilər korpusunun üzvü olub.
2005-ci ildən "Dinamo"nun baş məşqçisi vəzifəsində çalışıb. 20 sentyabr 2007-ci ildə qarşılıqlı razılaşma ilə klubdan ayrılıb. 2007-ci ildə komanda ilə birlikdə qızıl dubla imza atıb və Ukraynanın ən yaxşı məşqçisi seçilmişdir (2007). Ancaq həmin il "Dinamo" Avropada uğurlu çıxış edə bilməyib:
"Dinamo" 1:4 "Styaua", "Real Madrid" 1:5 "Dinamo"
4 yanvar 2008-ci ildə çex mütəxəssis Vlastimil Petrjelanın əvəzinə "Neftçi" (Bakı) klubunun baş məşqçisi təyin olunub. 23 avqust 2008-ci ildə "Neftçi"dən qovulub.
9 avqust 2010-cu ildə Özbəkistanın "Nasaf" (Qarşi) klubuna baş məşqçi təyin edilib. 18 oktyabr 2011-ci ildə klubla AFK Kubokunu qazanıb.
8 yanvar 2012-ci ildə "Volın" (Lutsk) klubunun baş məşqçisi olub[5]. 26 aprel 2013-cü ildə qarşılıqlı razılaşma ilə müqaviləyə xitam verilib[6].
2020-ci ilin yanvarında, Slovakiyanın "Nitra" klubunun baş məşqçisi təyin olunub[7], lakin aprel ayında artıq klubu tərk edib.
Nailiyyətləri
redaktəKlub
redaktəFutbolçu
redaktə"Dinamo" (Kiyev)
- SSRİ çempionu (5): 1980, 1981, 1985, 1986, 1990
- SSRİ Kubokunun qalibi (4): 1982, 1985, 1987, 1990
- SSRİ Superkubokunun qalibi (3): 1981, 1986, 1987
- UEFA Kuboklar Kubokunun qalibi: 1986
- UEFA Superkubokunun finalçısı (1): 1986
SSRİ yığması
- Avropa U-21 çempionu: 1980
- Avropa vitse-çempionu: 1988
Məşqçi
redaktə"Dinamo" (Kiyev)
- Ukrayna çempionu: 2007
- Ukrayna kubokunun qalibi: 2006, 2007
- Ukrayna Superkubokunun qalibi: 2007
"Neftçi" (Bakı)
"Nasaf"
- Özbəkistan çempionatının gümüş medal mükafatçısı: 2011
- AFK Kuboku: 2011
Şəxsi
redaktə- Ukraynada İlin Futbolçusu (2): 1982, 1985
- SSRİ-də ilin futbolçusu (Futbol həftəlik jurnalı): 1985
- SSRİ-nin ikinci futbolçusu: 1982
- SSRİ-nin 33 ən yaxşı futbolçusunun siyahısı (9): № 1 (1981–1986 və 1988), № 2 (1980), № 3 (1979)
- Ukrayna SSR-in ən yaxşı futbolçularının siyahısı (8): № 1 (1981–1986, 1988), № 2 (1979, 1980)
- Beynəlxalq İdman Ustası: 1980
- SSRİ-nin əməkdar idman ustası: 1986
- Ukraynada ilin baş məşqçisi: 2007
- Qızıl top üçün namizəd (2): 1985 (29–38 yer), 1988 (13–16 yer)
- Dünya çempionatının iştirakçısı: 1982, 1986, 1990
- SSRİ milli komandasında 80 matç keçirib (bütün milli komandanın oyunçuları arasında 4-cü yer), 6 qol vurub
Mükafatları
redaktəÇıxış statistikası
redaktəKlub | Sezon | Çempionat | Kubok | Avrokubok | Superkubok | Ümumi | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Dnepr | 1978 | 20 | 1 | - | - | - | - | - | - | 20 | 1 |
Dinamo | 1979 | 32 | 0 | 3 | 0 | 6 | 2 | - | - | 41 | 2 |
1980 | 32 | 2 | 8 | 0 | 2 | 0 | - | - | 42 | 2 | |
1981 | 29 | 2 | 4 | 0 | 5 | 0 | 1 | 0 | 39 | 2 | |
1982 | 32 | 5 | 3 | 0 | 4 | 1 | - | - | 39 | 6 | |
1983 | 33 | 3 | 1 | 0 | 2 | 0 | - | - | 36 | 3 | |
1984 | 33 | 2 | 7 | 0 | - | - | - | - | 40 | 2 | |
1985 | 34 | 8 | 2 | 1 | 9 | 2 | - | - | 45 | 11 | |
1986 | 29 | 2 | 5 | 0 | 9 | 0 | 1 | 0 | 44 | 2 | |
1987 | 29 | 1 | 4 | 2 | 1 | 0 | 1 | 0 | 35 | 3 | |
1988 | 30 | 1 | 4 | 0 | - | - | - | - | 34 | 1 | |
1989 | 5 | 2 | 2 | 0 | - | - | - | - | 7 | 2 | |
1990 | 15 | 0 | 1 | 0 | 1 | 0 | - | - | 17 | 0 | |
Maqdeburq | 1990/91 | 3 | 0 | - | - | - | - | - | - | 3 | 0 |
Vidzev | 1991/92 | 13 | 0 | - | - | - | - | - | - | 13 | 0 |
Dinamo | 1992/93 | 14 | 1 | 2 | 0 | 4 | 0 | - | - | 20 | 1 |
Dinamo üçün cəmi | 347 | 29 | 46 | 3 | 43 | 5 | 3 | 0 | 439 | 37 | |
Karyerası boyunca cəmi | 383 | 30 | 46 | 3 | 43 | 5 | 3 | 0 | 475 | 38 |
- SSRİ Kuboklarında və avrokuboklarda statistika "payız-yaz" sxeminə əsasən tərtib olunur.
Ailəsi
redaktə- Birinci həyat yoldaşı — Yelena. Oğlu Taras tennis ilə məşğul olub (idman ustası). Qızı — Yekaterina[11].
- İkinci həyat yoldaşı — İrina. 2 oğlu var: Denis (2000), Aleksey (2010)
İstinadlar
redaktə- ↑ 1 2 Anatoliy Demyanenko // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 90minut.pl (pol.). 2003.
- ↑ Горнолыжная страсть Демьяненко Arxivləşdirilib 2007-10-21 at the Wayback Machine (rus.)
- ↑ Литман В. Анатолий Демьяненко: Перевод с польского на украинский // Спорт-Экспресс. — 1992. — № 163 (27 avqust). — с. 2. (rus.)
- ↑ "Анатолій Дем'яненко - головний тренер "Волині"" (ukrayna). UA-Футбол. 2012-01-08. 2013-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-08.
- ↑ "ФК "Волинь" дякує Анатолію Демяненку за співпрацю" (ukrayna). Офіційний сайт ФК "Волинь" (Луцьк). 2013-04-26. 2013-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-08.
- ↑ Демьяненко возглавил аутсайдера чемпионата Словакии Arxivləşdirilib 2020-01-06 at the Wayback Machine (ukr.)
- ↑ Указ президента Украины N 795/2004 Arxiv surəti 14 oktyabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-07-09 at the Wayback Machine
- ↑ Указ президента Украины N 697/2006 Arxiv surəti 6 mart 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-03-06 at the Wayback Machine
- ↑ "Указ Президента України № 210/2016 від 13 травня 2016 року "Про відзначення державними нагородами України ветеранів команди товариства "Футбольний клуб "Динамо" Київ""". 2016-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-17.
- ↑ Что наша жизнь? Игра… Arxivləşdirilib 2016-08-28 at the Wayback Machine, "Бульвар Гордона", № 5 (197) 2009. (rus.)