Anarxo Kapitalizm - Wikipedia
[1]Anarxo-kapitalizm — sərbəst(azad) bazar şəraitində fərdi suverenliyin lehinə dövlətin və digər məcburi sosial qurumların ləğv edilməsini müdafiə edən bir siyasi ideologiyadır. Bu ideologiyanın əsas prinsipi təcavüzkarlıq prinsipidir. Bu ideologiya əsasən, bütün sosial problemlər və ehtiyaclar bazar tərəfindən həll edilməlidir. Anarxo-kapitalizm dövlət institutunun və vergi yolu ilə onun maliyyələşdirilməsinin əleyhinə çıxır. Ideologiyanın tərəfdarları, fəaliyyətlərini mənfəət motivi üzərində quran fərdi sahibkarların və təşkilatların köməyi ilə dövlətin iştirakı olmadan şəxsi azadlıqların və özəl mülkiyyətin qorunmasının təmin edilməsi üçün çalışırlar.
İlk dəfə "Anarxo-kapitalizm" termini, altmışıncı illərdə Avstriya İqtisadiyyat Məktəbinin, klassik liberalizmin və XIX əsr Amerika fərdi anarxist Lisandre Spuner və Benjamin Takerin müddəalarını sintez edən Mürrey Rotbard tərəfindən 1940-cı illərdə istifadə edilib. Anarxo-kapitalizm ideologiyası Molinari, Frederik Bastia və Robert Nozik kimi bazar tərəfdarı nəzəriyyəçilərdən, Benjamin Taker və Lysander Spuner kimi amerikalı fərdiyyətçi nəzəriyyəçilərdən təsirləndi.
Anarxo-kapitalizm, minarxizmlə yanaşı, libertarianizmin bir qoludur, yəni ideoloji bir istinaddır, minarxizm isə dövlət İnstitutunun mövcudluğu kontekstində libertarianizm təcrübəsidi.
Fəlsəfə
Anarxo-kapitalizm, şəxsi azadlığı və firavanlığı maksimum dərəcədə artırarkən münaqişələri minimuma endirmək məqsədi ilə xüsusi mülkiyyət və xidmətlərin könüllü ticarətinə (ümumiyyətlə, təhdid və ya zorakılığın səbəb olmadığı bütün münasibətlər, o cümlədən pul, istehlak malları, torpaq və kapital malları mübadiləsi) əsaslanan bir cəmiyyətin tərəfdarıdır. Bununla birlikdə, anarxo-kapitalistlər xeyriyyəçilik və icma tədbirlərini könüllü etikanın bir hissəsi kimi tanıyırlar.
Anarxo-kapitalizm sərbəst bazar kapitalizmini azad və firavan bir cəmiyyət üçün əsas kimi görür. Mürrey Rotbard hesab edirdi ki, azad bazar kapitalizmi ilə dövlət kapitalizminin arasındakı fərq - dinc mübadilə ilə azad bazarı pozmaq üçün gücdən istifadə edən dövlət və biznes arasındakı razılıqdır.
Anarxo-kapitalizm dövlət institunu rədd edir, onu vergiləndirmə və müsadirə yolu ilə mülki oğurlayan, güc monopoliyasına sahib olan, öz güc səlahiyyətlərini bəzi müəssisələrin və şəxslərin başqalarının hesabına faydalanması üçün istifadə edən bir qurum hesab edir.
Özəl mülkiyyət
Anarxo-kapitalistlər icitmai məkanlar, bütün infrastrukturaları ilə birlikdə şəhərlər, küçələr, şəhər idarəetmə sistemləri daxil olmaqla hər şeyin özəlləşdirilməsinin tərəfdarıdırlar. Anarxo-kapitalizm fərdi "ehtiyaclardan" asılı olmayaraq istehsal vasitələrinə və əmək məhsullarına fərdi və ya ortaq (yəni özəl) mülkiyyətin tərəfdarıdır. Rotbardın dediyi kimi,"hər bir insanın öz bədəninə sahib olmaq hüququ varsa və yaşamaq üçün maddi təbii obyektlərdən istifadə edib dəyişdirməlidirsə, istehsal etdiyi məhsula sahib olmaq hüququna malik olmalıdır". l
Mülkiyyət işçi qüvvəsi ilə transformasiya olunduqdan sonra ticarət və ya hədiyyə yolu ilə kiməsə satıla və ya verilə bilər — məcburi ötürmələr qanunsuz sayılır. İlkin mənimsəmə, bir insana torpaq da daxil olmaqla əvvəllər istifadə edilməmiş hər hansı bir mənbəyə iddia etməyə və onu yaxşılaşdıraraq və ya başqa bir şəkildə istifadə edərək, bir insanın öz bədəninə sahib olması ilə eyni "mütləq hüquq" a sahib olmağa imkan verir.
Rotbarda görə, mülkiyyət yalnız əmək yolu ilə əldə oluna bilər, sadəcə müəyyən ərazidə torpağı tələb etmək və onun ətrafında hasar çəkərək mənimsəməyə cəhd etmək qeyri-qanunidir. Torpağın mənimsənilməsini qanuniləşdirmək üçün həmin torpağı hansısa iş üçün istifadə etmək və onun üçün öz əməyini qoymaq bunu qanuniləşdirə bilər.
İqtisadiyyat
Avstriya İqtisadiyyat Məktəbi sosializm və planlı iqtisadiyyatın yaşanmaz olduğunu iddia edir. Avstriya məktəbinin qurucusu Karl Menqerin həmkarı Yeqen von Bom-Baver, "sosializm-kommunizmin istismarı nəzəriyyəsi" adlı elmi məqaləsində sosializm haqqında ilk tənqidi məqalələrdən birini yazdı. Fridrix fon Hayek daha sonra planlı iqtisadiyyatın bazar qiymətlərinin informasiya funksiyasından məhrum olduğunu və iqtisadiyyat üzərində mərkəzi hakimiyyətin totalitarizmə yol açdığını iddia edən "köləliyə aparan yol" (1944) yazdı.
Rothbard, Avstriya iqtisadi nəzəriyyəsini klassik liberalizm və fərdi anarxizmlə birləşdirməyə çalışdı. 1949-cu ildə "özəl mülkiyyət anarxizmi" nəzəriyyəsini müdafiə edən ilk məqaləsini yazdı və sonra alternativ bir ad "Anarxo-kapitalizm"təklif etdi. Rotbard libertarianizmi indiki formada formalaşdıran ilk şəxs idi.
Mənbələr
- ↑ "Arxivlənmiş surət". 2023-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-12.
https://ru.wikipedia.org/wiki/?axtar=Анархо-капитализм&stable=0&redirect=no