Alessandro Volta - Wikipedia
Alessandro Volta (italiyanca tam adı: Alessandro Giuseppe Antonio Anastasio Graf von Volta; 18 fevral 1745[1][2][…], Komo, Milan hersoqluğu, Habsburq monarxiyası[3][4] – 5 mart 1827[1][5][…], Komo, Lombardiya-Venesiya krallığı, Avstriya imperiyası[3][4]) — batareyanın ixtiraçısı kimi tanınan məşhur italyan fizikidir. O, Qalvani ilə birlikdə elektrik dövrünün yaradıcısı sayılır.
Alessandro Volta | |
---|---|
Alessandro Giuseppe Antonio Anastasio Graf von Volta | |
Doğum tarixi | |
Doğum yeri | İtaliya, Komo |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | İtaliya, Kamnaqo |
Elm sahəsi | fiziologiya |
İş yeri | |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Volt isveçrənin yaxınlığında yerləşən Komo şəhərində varlı bir ailədə dünyaya gəlmişdir. Onun 8 bacı qardaşından 5-i bəzi əmiləri kimi keşiş olur. Voltun valideynləri Filippo Volt və Maria Maddalena Volt əslində övladları Alessandro üçün tamam başqa bir yol seçmişdilər. Volt hüquqçu olmalı idi və buna görə də 1758–1760-cı illərdə o Yezuitlər məktəbinə göndərilir. Boş vaxtlarında kitablardan elektrik haqqında məlumat alan Volt həmçinin bu sahənin alimləri ilə də söhbətlərlə biliyini dərinləşdirirdi. 1769-cu ildə Volt öz ilk əsərini çap etdirir. 1774-cü ildə o Komoda məktəb direktoru təyin olunur. Bu zaman o həm də ixtira etdiyi Elektrofor ilə daha məşhurlaşır. Bu qurğu ilə statik halda əldə edilən elektriki rahat nəql edilə bilirdi.
Bundan sonra Volta həmin məktəbdə fizika üzrə dərs demək hüququ alır. 1776-cı ildə Metan qazını kəşf edir və yanan qazla sınaqlar aparır (Qazla işləyən Volt alışqanı). Bununla o daimi yanan lampanı düzəldir. Bütün bunlar ona 1778-ci ildə Pavia Universitetində professor vəzifsəni almağa imkan verir. Orada Volt kiçicik elektrik tutumunu ölçmək üçün elektroskopu ixtira edir. Burada o gərginlik məhvumunu daxil edir. Kondensatora verilmiş gərginlik və yük arasındakı mütənasibliyi də o təsvir etmişdi. Voltanın ən böyük ixtirası 1800-cü ildə "Volt sütunu" olmuşdur. Bu ilk işlək baterya idi. Bu sütun bir birini üzərinə yığılmış mis və sink lövhələrdəb ibarət idi. Bu lövhələr duzlu suda isladılmış parça ilə bir-birindən ayrılmışdılar. İlk bateryanın ixtirası ona elektrik cərəyanının maqnetik xassələrini və elektrikin kimyada tətbiqini araşdırmağa şərait yaradır.
1791-ci ildə Volt London Kral Cəmiyyətinə üzv seçilir. 1792-ci ildə o ikinci dəfə olaraq xarici səyahətə çıxır. 1801-ci ildə Parisə gedərək Napoleona öz batareyyasını təqdim edir. 1802-ci ildə Volt Fransa İnstitutu tərəfindən fəxri medala layiq görülür. Napoleon İtaliyanı zəbt edtikdən sonra Volta Senator vəzifəsi verir və 1810-cu ildə onu Qraf səviyyəsinə qaldırır.
1819-cu ildə öz karyerasının sonunda Volt onun haqqında gəzən dedi qodulara tab gətirir və Kamnaqodakı kənd evinə köçür.
Bir müğənni qadınla uzun müddət bir yerdə yaşayandan sonra Volt 1794-cü ildə varlı ailədən olan Teresa Pereqrini ilə evlənir. Onların iki oğlu dünyaya gəlir. Volt Komo şəhərində dəfn olunub. Onun alətləri orada yerləşən Volt muzeyində saxlanılır. Onun vəfatından 70 il sonra Voltun şərəfinə elektrik gərginliyinin vahidi "Volt" qəbul edilir.
Mənbə
redaktə- Giuliano Pancaldi: Volta: Science and Culture in the age of enlightment, Princeton University Press 2005
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Alexandre Joseph Antoine Volta // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
- ↑ 1 2 Вольта Алессандро // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1971. Т. 5 : Вешин — Газли. С. 341.
- ↑ 1 2 www.accademiadellescienze.it (it.).
- ↑ Alessandro G.A.A. Volta // KNAW Past Members (ing.).