Aleksandr Obreskov - Wikipedia
Aleksandr Mixailoviç Obreskov (rus. Александр Михайлович Обресков; 1789 – 26 avqust (7 sentyabr) 1885, Sankt-Peterburq) — Obreskovlar ailəsindən olan Rusiya diplomatı, Ştutqart və Turin elçisi. O, senator kimi karyerasını şəxsi şuranın üzvü rütbəsi ilə başa vurmuşdur.
Aleksandr Obreskov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1789 |
Vəfat tarixi | 26 avqust (7 sentyabr) 1885 |
Vəfat yeri | |
Fəaliyyəti | diplomat |
Həyatı
redaktəSenator Mixail Alekseyeviç Obreskovun (1764–1842) Yekaterina Aleksandrovna Talızina (1772–1803) ilə evliliyindən ikinci oğlu idi. Ata tərəfdən Rusiya diplomatı A. V. Obrekovun nəvəsi, ana tərəfdən isə zadəgan A. F. Talızinin nəvəsidir.[1]
Xidmətə 1804-cü ildə Xarici Əlaqələr Kollecində kursant kimi başlamışdır. 1811-ci ildə Vürtemberqdəki Rusiya missiyasında titul müşaviri rütbəsini tutmuşdur. Elə həmin il kamera kursantı adını almışdır. 1813-cü ildə Konstantinopola köçürülmüşdür. 1815-ci ildə Toskanadakı missiyaya katib təyin edilmişdir.[1]
1827-ci ilin aprelində o, İvan Paskeviçin Əlahiddə Qafqaz Korpusunda fəaliyyət göstərmişdir. İranla sülh müqaviləsi bağlanandan sonra isə mühüm tapşırığı müvəffəqiyyətlə yerinə yetirdiyinə görə "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdir və ona 300 min rubl məbləğində mükafat verildi. 1829-cu ildə Ştutqarta fövqəladə elçi və səlahiyyətli nazir təyin edilmiş, buradan 31 dekabr 1831-ci ildə Turində fövqəladə və səlahiyyətli nazir vəzifəsinə köçürülmüşdür. 17 aprel 1837-ci ildən Şəxsi Şuranın üzvü olmuşdur. 19 aprel 1838-ci ildə Turindən geri şağırılmış və orada olmayan senator təyin edilmişdir. Obreskov bu rütbədə çox qalmamış və 15 oktyabr 1840-cı ildə təqaüdə çıxmışdır.[1]
Obreskov Qriboyedovla mehriban idi və həyat yoldaşı ilə birlikdə Puşkini tanıyırdı. 1828-ci ilin mayında P. A. Vyazemski Sankt-Peterburqdan olan həyat yoldaşına Obreskovl ailəsinin və şairin iştirak etdiyi Meşerskaya mülkündə keçirilmiş bale haqqında yazdı. O, əsasən xaricdə, Fransa və İtaliyada yaşamışdır. 96 yaşında Sankt-Peterburqda vəfat etmiş və orada Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 Александр Михайл. Обресков // Сенаторы не присутствующие: // Правительствующий сенат // Месяцослов и общий штат Российской империи на 1840. Часть первая. СПб.: Типография при Императорской Академии наук. 1840. 305.
- ↑ Великий князь Николай Михайлович. Петербургский некрополь //Сост. В. Саитов. В 4-х т. — СПб., 1912–1913. — Т. 3. — С. 287.