Aleksandr Lentsov - Wikipedia
Aleksandr Lentsov (rus. Александр Иванович Ленцов; 20 dekabr 1956, Xolmskaya[d], Krasnodar diyarı) — Rus hərbçi, Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. Lentsov 1996–2009-cu illərdə 98-ci Qvardiya Hava-Desant Diviziyasının komandiri olub. Quru Qoşunlarının baş komandanının müavini vəzifəsində olarkən 2023-cü ilin aprel ayında Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin təyin edilib.
Aleksandr Lentsov | |
---|---|
rus. Александр Иванович Ленцов | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 dekabr 1956 (67 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Milliyyəti | rus |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
SSRİ Rusiya |
Qoşun növü |
SSRİ Silahlı Qüvvələri (1974-1991) Rusiya Silahlı Qüvvələri (1991- d.e) |
Hərbi hissə | Rusiya Hava-Desant Qoşunları |
Xidmət illəri | 1974-cü ildən |
Rütbəsi | General-polkovnik |
Komandanlıq edib | |
Döyüşlər |
Əfqanıstan müharibəsi Birinci Çeçenistan müharibəsi İkinci Çeçen müharibəsi Bosniya müharibəsi Rusiya-Gürcüstan müharibəsi Rusiyanın Suriyaya hərbi müdaxiləsi Donbass müharibəsi Rusiya–Ukrayna müharibəsi |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1993-cü ildən — 104-cü Qvardiya Hava Desant Diviziyasının komandir müavini, üç il sonra — 2009-cu ilə qədər 98-ci Qvardiya Hava Desant Svir Diviziyasının komandiri olub. Rusiya sülhməramlılarının Bosniyadakı bölməsinin komandiri kimi Bosniya müharibəsində, eləcə də həm İkinci Çeçen müharibəsi, həm də 2008-ci ildə Cənubi Osetiyadakı müharibədə iştirak etmişdir.
2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında Ali Akademik Kursları bitirmişdir.
2009-cu il avqustun 5-dən — Hava-Dəniz Qüvvələrinin komandanının müavini olub. 13 dekabr 2011-ci ildə general-leytenant hərbi rütbəsi verilmişdir.
31 iyul 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə o, Rusiya Federasiyasının Quru Qoşunlarının Ali Baş Komandanının müavini təyin edilib.
2014-cü ilin sentyabr-dekabr aylarında Ukraynanın şərqində baş verən silahlı münaqişə zamanı o, Ukraynanın Donetsk vilayətinin Soledar və Debaltsevo şəhərlərində atəşkəs məsələlərinin monitorinqi və əlaqələndirilməsi üzrə birgə Rusiya-Ukrayna mərkəzində bir qrup rus hərbçisinə rəhbərlik edib.
13 dekabr 2014-cü ildə ona general-polkovnik rütbəsi verilmişdir.
15 fevral 2016-cı ildə Beynəlxalq Tank Biatlonu Federasiyasının prezidenti seçildi.
22 yanvar 2020-ci ildə Rusiya Prezidentinin fərmanı ilə o, Quru Qoşunları Baş Komandanının müavini vəzifəsindən azad edilərək Rusiya Federasiyası Müdafiə Nazirinin müşaviri təyin edilib.
Suriyadakı Rusiya Hərbi Əməliyyatının üzvü, 2016-cı ildə — Rusiya Federasiyasının Suriyadakı Silahlı Qüvvələri Qrupunun komendantlıqlar üzrə komandir müavini işləyib.
2023-cü il aprelin 25-dən sentyabrın 3-dək Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin komandiri olub.[1]
İstinadlar
redaktə- ↑ "Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinə yeni komandir təyin edilib". 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-27.