Akri - Wikipedia
Akri (port. Acre) — Braziliyanın şimal-qərbində yerləşən ştat. Şimalda Amazonas, şərqdə isə Rondoniya ştatı ilə sərhədlənir. Üstəlik cənub-şərqdən Boliviya, cənub-qərbdən isə Peru ilə sərhədə malikdir[1]. Ştatın inzibati mərkəzi Riu-Brankudur.
Akri | |
---|---|
Acre | |
|
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 15 iyun 1962 |
Sahəsi |
|
Hündürlük | 234 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-AC |
Poçt indeksi | 69900-000 to 69999-000 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Ştatın adı Akri çayından götürülmüşdür. Akri Purus çayının əsas qollarındandır. Hindu dilində «Kaymanlar çayı»[2] mənasını verir.
Coğrafiya
redaktəƏrazisi bütünlüklə Amazon hövzəsinə daxildir. Qərb sərhədində Serra-fu-Divizor dağı 609 metr hündürlüklə ştatın ın hündür nöqtəsidir.
İqlimi ekvatorialdır. Burada orta temperatur +26 °C-dir. İl ərzində iki mövsüm vardır. İl ərzində 1800 – 2400 mm arası yağıntı düşür. Yağıntının böyük qismi qərb hissəyə düşür[1].
Ərazisinin 45 % hindu rezervasiyalarıdır və dövlət tərəfindən qorunur[3]. Bu qorunan əraxilərdən Serra-du-Divizordur.
Tarix
redaktəİlk əvvələr Akri ştatının ərazisi Boliviyaya mənsub olmuşdur. Kauçuk xəstəliyi dönəmində əraziyə çoxlu sayda Braziliyalı köç edir. Bundan sinra ərazi iki ölkə arasında ərazi mübahisəsinə çevrilmişdir. Bu səbəbdən Akri müharibəsi baş verir. Nəticədə Akri Respublikası qurulur[4].
Hərbi konflikdən sonra 17 noyabr 1903-ci ildə Akri ərazisi 2 mln funt sterlinqə[5] Braziliyaya güzəştə gedilir. 1962-ci ildən isə Akri ştat statusu alı[1][6].
Akri hazırda ən az əhalisi olan və zəif iqtisadiyyata malik ştatdır.
İnzibati bölgü
redaktəŞtat ərazisi iki mezoregiona (Vali-du-Akri, Vali-du-Jurua) bölünür.
İqtisadiyyat
redaktəİqtisadiyyatın əsasını hasilat sənayesi təşkil edir. Kauçuk ağacından təbii kauçuk yığılır. Yerli əhali ov və balıqçılıqla məşğul olur[7].
Üstəlik burada şəkər qamışı, çəltik, maniok da əkilir.[8] İri buynuzlu heyvandarlıq inkişaf etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 "Akri ştatı". 2011-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
- ↑ "Akri ştatı, russobras.com". 2012-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
- ↑ WWF-Braziliya Arxivləşdirilib 2008-09-08 at the Wayback Machine. (por.)
- ↑ "Akri Tarixi". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
- ↑ "Braziliya tarixi". 2013-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
- ↑ Rio Branco.Acre — AC.Histórico\\IBGE (por.)
- ↑ "Akri İqtisadiyyatı". 2012-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-26.
- ↑ Akri