Adapter - Wikipedia
Adapter (ing. adapter,lat. adapto — uyğunlaşdıran,uyğunlaşdırıcı ) — hər hansı sonuncu qurğunu və ya detalı, başqa birləşmə yolu olmadığından əvvəlki ilə əlaqələndirmək üçün nəzərdə tutulmuş qurğu. Bəziləri güc və ya siqnal atributlarını dəyişdirir, digərləri isə sadəcə bir konnektorun fiziki formasını digərinə uyğunlaşdırır. Avropa ilə əlaqəli bir çox ölkələr müxtəlif dəyişən cərəyan üçün taxıc yuvalarından 230 volt, 50 Hz AC şəbəkə gərginliyindən istifadə edir.
Ümumi məlumat
redaktəHesablama texnikasında – kompyuterin kənar qurğularla (çap qurğusu, displey, skaner və s.) əlaqəsini uzlaşdıran qurğu. Məs., displeyin ekranına simvollarla işarələnən və ya qrafik informasiyanı çıxarmaq üçün işlədilən Adapter rəqəmi siqnalı analoq siqnala çevirir. Elektron sxem və ya mikrosxem şəklində düzəldilir, əməli yaddaşa, ixtisaslaşdırılmış prosessora malikdir.
Elektrotexnikada – dəyişən cərəyan (220 V) şəbəkəsinin gərginliyini sabit gərginliyə (1,5–15 V) çevirən qurğu; pleyerlərin, mobil telefonların, rəqəmli ölçmə cihazlarının, daşınan radioqəbuledicilərin və s. akkumulyatorlarının yüklənməsi üçündür.
Fotoaparat üçün əlavə kaset; fotoaparatın konstruksiyasında nəzərdə tutulmamış başqa formatlı və müxtəlif icralı işığahəssas materiallardan istifadəyə imkan verir.
Qeyri-standart sağanaqlı dəyişdirilən obyektivləri fotokameraya birləşdirmək üçün istifadə edilən qurğu (oymaq, halqa və ya bilərzik).
qrafik adapter - (ing. graphics adapter, ru. графический адаптер – ekranda hərf-rəqəm verilənləri ilə yanaşı qrafik görüntüləri də əks etdirə bilən videoadapter. Hazırda geniş tətbiq olunan videoadapterlərin, demək olar ki, hamısı qrafikdir; ən gözəçarpan istisna IBM MDA (MONOCHROME DISPLAY ADAPTER) adapteridir.
Y adapter – bir ucunda bir ucluq, ikinci ucunda isə Y hərfinə bənzər iki ucluq olan kabel. Belə quruluş bir porta iki qurğu qoşmağa imkan verir, ancaq Y-adapterlərdən yalnız müəyyən tip qurğular üçün istifadə etmək olur.
Xarici keçidlər
redaktəآداپتور لپ تاپ Arxivləşdirilib 2015-08-10 at the Wayback Machine
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.