Abreviatur - Wikipedia
Abreviatur - Haqqında Məlumat
Abreviatur və ya abreviatura (it. abbreviatura, lat. brevis — "qısa") — sözün baş hərflərini və ya hissələrini saxlamaqla düzəldilmiş mürəkkəb qısaltmalar, söz və ya söz qrupunun qısaldılış forması.
Bəzi sözlər və cümlələr vaxta və yerə qənaət etmək üçün qısaldılır. Sözü bütöv yazmaq əvəzinə onun bir və ya bir neçə hərfini yazırlar: Məsələn, təqvimdə "çərşənbə" əvəzinə "ç", ünvanda "küçə" əvəzinə "k". Adətən belə ixtisardan sonra nöqtə qoyulur.
Müəyyən bir dövlət, idarə və təhsil müəssisəsinin adını qısaldan zaman onu təşkil edən sözlərin baş hərfi yazılır: BDU (Bakı Dövlət Universiteti). Belə abreviaturlarda bütün hərflər böyük yazılmalıdır.
Yaranma üsulları
redaktə- sözlərin baş hərfləri ilə müxtəsər yazılışı: məsələn, BDU – Bakı Dövlət Universiteti, MİS – Mənzil İstismar Sahəsi.
- iki və daha çox sözdən ixtisarla düzəldilmiş bir söz: məsələn, kolxoz, sovxoz, komsomol.
- dildə çox işlənən "və s.", "və i. a.", "və. b." kimi ixtisarlar da abreviatur daxildir.
Ədəbiyyat
redaktə- New Hart's Rules: The handbook of style for writers and editors. Oxford University Press, 2005. ISBN 0-19-861041-6.
- Spelling Society : Shortcuts 1483–1660
- "The Choctaw Expression 'Okeh' and the Americanism 'Okay'". Jim Fay. 2007–09–13. http://www.illinoisprairie.info/chocokeh.htm Arxivləşdirilib 2010-12-24 at the Wayback Machine. Retrieved 2008–05–12.
- "What does "OK" stand for?". The Straight Dope. http://www.straightdope.com/classics/a2_250.html Arxivləşdirilib 2008-05-12 at the Wayback Machine. Retrieved 2008–05–12.
- Crystal, David. Txtng: The Gr8 Db8. Oxford: Oxford University Press, 2008. ISBN 978-0-19-954490-5
- "The International System of Units (SI)" (pdf). International Bureau of Weights and Measures (BIPM). http://www.bipm.org/utils/common/pdf/si_brochure_8_en.pdf. Retrieved 2008–04–18.
Mənbə
redaktə- Latın abbrevatu
- İngilis abreviatur lüğəti Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine
- "Bunları bilmək istəyirəm" illüstrasiyalı intellektual ensiklopediyası