Abdullah Ibn Ebdulmutellib - Wikipedia
Abdullah ibn Əbdülmüttəlib (təq. 545, Məkkə[4] – 570, Mədinə) — Məhəmməd peyğəmbərin atası.[5] Abdullah atası Əbdülmüttəllibin sevimli oğlu olmuşdur.[5] Rəvayətlərə görə Əbdülmüttəlib çoxlu oğlu olarsa, birini qurban verəcəyinə söz vermişdir. İllər sonra onun on oğul övladı dünyaya gəlmişdir. Buna görə də Əbdülmüttəlib verdiyi sözü tutmuş və övladlarından birini qurban verməyi qərara almışdır.[5] Onun atdığı püşk oğlu Abdullaha düşmüşdür. Beləliklə, Əbdülmüttəlib sevimli oğlunu qurban verməli idi. Ancaq sonra, qüreyşlilərin təkidi ilə o öz fikrindən daşınmış, oğlunun yerinə 100 dəvəni qurban kəsmişdir.[5]
Abdullah ibn Əbdülmüttəlib | |
---|---|
Doğum tarixi | təq. 545 |
Doğum yeri | |
Vəfat tarixi | 570 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Həyat yoldaşı | |
Uşağı | |
Atası | Əbdülmüttəlib ibn Haşim[1] |
Fəaliyyəti | tacir |
Vikianbarda əlaqəli mediafayllar |
Daha sonralar Əbdülmüttəllib Abdullahı nüfuzlu ərəb qəbilələrindən birinə məxsus Əminə adlı bir qızla evləndirmişdir.[5] Bu evlilikdən Məhəmməd dünyaya gəlmişdir. Ancaq, Abdullah gənc yaşlarında vəfat etdiyindən oğlu Məhəmmədi görə bilməmişdir.[5] Bir çox tarixçilərin yazdıqlarına görə, Əminə hamilə olduğu zaman, o, ticarət işləri ilə əlaqədar Suriyaya getmiş, yolda qəfildən xəstələnərək Yəsrib (Mədinə) yaxınlığında vəfat etmişdir.[5] O zaman Abdullahın 25 yaşı olduğu qeyd edilir.[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Али-заде А. Абдуллах ибн Абд аль-Мутталиб (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
- ↑ 1 2 Али-заде А. Амина бинт Вахб (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
- ↑ Али-заде А. Мухаммад (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
- ↑ 1 2 Islamic Ethics and Counselor Decision-Making. SAGE Publications.
- ↑ 1 2 3 4 5 6 7 8 Aydın Əlizadə, Elsevər Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq'. Ensiklopedik Lüğət. Bakı: "3 saylı Bakı Mətbəəsi" ASC, 2016, səh. 7. (az.)